adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
05 Sentyabr 2018 12:56
13671
KRİMİNAL

Toyda bıçaqlanma - Ağcabədi sakini həmyerlisini öldürdü

Sentyabrın 4-də Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.