Toy karvanında avtoşluq edən sürücü həbs edildi
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon sakini Fuad Cəfərzadə idarə etdiyi VAZ-2107 markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.
Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə F.Cəfərzadə sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Digər Xəbərlər
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
23 Mart 2026 09:33
Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO
18 Mart 2026 09:00
Bəzi yollarda sıxlıq var - SİYAHI
17 Mart 2026 18:21


Bakı -°C

