adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Iyul 2019 17:25
46251
ƏDƏBİYYAT

Tofiq Nurəli: Ən qəmli şairi mənəm bu yurdun

Kədəri özünə dost, dərdinə dərman bilənlər olub."Bir dərdim var ki, çox dərmandan artıqdır mənə, Qoy dərdimlə məni, eyləmə dərman,var, ey həkim”. Birbaşa həkimə üz tutub. Canımız ağrıyanda ümid yeri bildiyimiz loğmana. Beytlər, yəqin bilindi,Füzulinindir, böyük Məhəmməd Füzulinin. O dəqiqə şübhələr baş qaldırır: Necə yənidərdimə əlac eyləmə? Yada düşür "Dost, həmdəm”olan dərdin mahiyyətini başa düşməyə can atırsan- "Eşq dərdilə xoşam, əl çək əlacımdan,təbib”. Bu dərd insanların qaçdıqları,ən azı, həmişə qaçmağa çalışdıqları dərdlərdəndeyilmiş. Cana məlhəmmiş. Görəsən nə üçün? Yəqin sevdiyini həmişə yadasaldığına görə. Bəlkə bu da yalandır. Bəlkə də yalanın başqa biçimdə ortaya çıxmasıdır.Kədərin tənhalıqla güclə sezilən, amma əbədi bir dostluğu var: Həkim-şair Tofiq Nurəli yazır:

Axtaraq axşamın bu qərib çağı,

Nələr itirmişik ömrün yazında.

Sən uca göylərdə təksən, tənhasan,

Mən də ki qapının astanasında.

(Parla,eyaxşamın mavi ulduzu)

Yalan dedim, yadıma mərhum professor-filosof Aslan Aslanovun KamiQəzviniyə istinadən yazdığı epizod düşdü.Epizodda göstərilir ki,ərəb ədəbiyyatındacahiliyyə dövrünün görkəmli şairlərindən sayılan Həssan müsəlman olduqdan sonraonun şeiri islamiyyətdən əvvəlki zirvəsinə qalxa bilmirdi. Oxuyanların onamarağı azalırdı. Rəvayətə görə,Həssanla söhbətdə biri ona ,- ey Əbdül-Həssan, səninşeirin artıq qocalmışdır, söyləmişdir.Həssanisə ona cavabında demişdir: Ey mənim oğlum və qardaşım, şeirin lətafəti, incəliyiondadır ki, şair hər hansı bir sahədə söz deyərsə, mübaliğəyə yol verib, yalan,doğru, lazım olanı şeirində verə bilsin. İndi isə islamiyyət yalan yazmağaqoymur. Bunun nəticəsidir ki, şeirim əvvəllər malik olduğu səviyyədə deyil.

Elə bilirəm Tofiq Nurəli islamiyyətdənqabaq da yaşasaydı, yenə istədiyini yazacaqdı-hər hansı bir ideologiya onu istədiyiniyazmamağa məcbur edə bilməzdi. İndi olduğu kimi: Ürəyini titrədən, qəlbini təlatüməgətirən nə var, yaxşı-yaman, onun şeirlərində özünə isti guşə tapır. Ona görə dəTofiqin şeirləri gözəl olaraq qalır.

Kədər var, səni qarabaqara izləyir. Sanki əlindir,qolundur-itirsən dözməzsən. Elə kədər də var qalıb arxada, keçmiş zamanda. Ammasurəti, halı, xasiyyəti ürəyinə köçüb. Bəlkədə ürəyində yox, genində, sehirli sandığa bənzəyən gen yaddaşında məskən seçib.Təzələnəndə, xatırlananda çevrilir səni izləyən kədərə. Nə vaxt baş qaldırır, bilməkolmaz. Sadəcə, onu bilmək olur ki, öz kədərindir, qaçmağa çalışsan da, zaman etibarı ilə nə qədər arxada qalsa da, bütün acısı, şirini ilə sənindir,özünündür, keçmişinin kədəridir, keçmişindən gələn kədərdir:

Nə vaxtsa dağlara yağışlar yağar,

İldırım yandırar bir şax palıdı.

Bir qoca kədərlə dillənər yenə:

Hə. Hə... Tofiq idi o gəncin adı.

(Nə vaxtsadağlara yağışlar yağar)

Bunlar"yola verilə bilən” nəsnələrdir. Qorxulusu gözləmədiyin,gələcəyində oturub səni pusan kədərdir. Necəliyini bilə bilməzsən, nə vaxt gələcəyidə məlum deyil. Keçmiş kədərindən nəticə çıxarırsan, bütün gücünlə mübarizəaparırsan. Gələcək kədər tamam başqa bir şeydir. Bəzən düşünəndə o qədər üşüyrsənki, hətta "kaş gələcək gəlməyəydi” deyirsən. Bilirsən ki, gəlməyini istəmədiyinkədər təkcə kədər gətirməyəcək. Onun bətnində şirinlər, arzuların reallığaçevrilməsi toxumları olacaq.Deyirlər ki, bir şirinə görə yüz acını udarlar. Amma gələcəyi gözlənilən,gələcəkdən gələn kədər o acılardan deyil. Birbaşa əzilmiş, yaralanmış, dişlənmişyerdən qəbul olunan zəhər kimidir- amansız, insafsız!Bu kədərdən sevinməyə vaxtqalmır. Öz hayında olursan, onu unudursan. Xilas yolu axtarırsan. Təbii, tapmaqçətindir. Çünki onun haradan gəldiyi, nə üçün"təşrif” gətirdiyi bilinmir. Gələcəksirlərlə doludur. Belə də olur: Gələcəkgəlir, amma sən bu gələcəkdə olmursan:

Niyə doğulmuşam mən bu dünyaya?!

Özüm də bilmirəm kiməm, nəçiyəm.

...Uçun, nəğmələrim, uçun könlümdən,

Mən ölsəm, sizi də öldürəcəyəm.

(Hərdən düşünürəmöləcəyəm mən)

Özün yoxikənnecə görürsən? Qəribə gəlir adama. Ammasənin yoxluğun bizim üç ölçülü şüurumuzda formalaşmış yoxluqdur. Əslindəbu qədər mükəmməl və qeyri-adi yaranmış insan yox ola bilməz. Sözdən yaranan nəvarsa, əbədidir. Elə bilirəm insan dasözdən yaranıb.Onun Yer insanının dərk etmək gücündə olmadığı bir formaya keçməsi mümkündür. Bu, bəlkə yaxşıdır, bəlkə dəpisdir-bilinməz. Bilinməzlər, naməlumlar həmişə təhlükəli olur. Məlum azaldırqorxunu, təhlükəni. Məlumda çıxış yolu var. Naməlum qaranlığa açılır, məlumişığa. Qaranlıq nə qədər yaxşı olsa da, işıqdan pisdir. O qədər pisdir ki,qaranlıqdan baş çıxarmaq üçün bəlkə də çox duyğusal, qızılgül ləçəyi qədər incə,bir bakirə baxışı qədər ilıq olmalısan getdiyin yerlərə qayıtmaq üçün:

Budur, qayıtmışam, səninəm yenə,

Bu dərdi, kədəri yu ürəyindən.

Yaman darıxmışam yağışlar üçün,

Ağla, gözlərinə qurban olum mən.

(Ağla,gözlərinə qurban olum mən)

Onda nəyağışa, nə işığa ehtiyac qalmaz. Qaranlıqda da işıqdakı kimi müdrik olmaq mümkündür-beləmüdriklərin sayı kifayət qədərdir. Onlar varlığı ürəklərinin titrəyişləri ilə dərkedirlər. Özü də işıqda dərk edənlərdən daha yaxşı başa düşürlər dünyanı. Bəlkəonlar M.Füzulinin "Hikməti-dünyəvi mafiha bilən arif degil, Arif oldur ki, bilməyəhikməti-dünyəvi mafiha nədir” sirrinin möcüzələrini aça, aydınlaşdıra bilərlər.T. Nurəli belə düşünüb bir zamanlar:

Böyüdüm, nənə, böyüdüm,

boyumu görə bilmədin.

Diplomumu,

toyumugörmədin.

Bəxtəvər günlər!...

Səni tapa bildilərmi

Bircüt qız nəticən?!

Ayaq açıblarmı,

dilaçıblarmı?

(Böyüdüm,nənə, böyüdüm)

Tofiq Nurəlinin şeirlərini oxuduqca "xəyalımdolanır bütün aləmi”. Xəyal onsuz da bir yerdə dayanmağı, durmağı sevmir.Tofiqin şeirləri xəyallaraqanad verir,insan zəkasının ölçüsüzlüyünü bir dahaanladır adama. Bir andaca Tofiqə qoşulubgedirsən şair-həkimin doğulduğu,boya-başa çatdığı Yerfiyə- Qubarayonunun Yerfi kəndinə. Səkkiz uşağaqol-qanad vermiş, uçmağı öyrətmiş, indisə kədərlə dolu ev anbaan canlanır gözlərinqarşısında:

...O boş qalmış evimizə qayıtdım,

Nə istiymiş bu sor-soyuq divarlar!

Mən həkiməm, deməsə də anladım

Evimizin ürəyində ağrı var.

Bu həyətdə solmuş otlar sızıltı,

Pilləkəni, taxdabəndi ağrıyır.

Pəncərələr gözün qırpmır ağrıdan,

O gərəksiz su səhəngi ağrıyır.

Mən bilirəm həsrət nədir dünyada,

Bu həyətin rəngi niyə sarıdı?!

Kədərə bax, mən qapını açanda

Elə bil kibütün həyətzarıdı.

Suvaqların qopub düşən yerindən

Anladım ki, altda daşlar ağrıyır...

Tirlər boyu göbələklər deyir ki,

Ağrılardı, indi qübar bağlayır.

(Ağrı)

Bir insan kədərinin ictimai ifadəsi olan bu şeir həm də bədii-estetik təsiriilə diqqəti çəkir. İfadə tərzi, bənzətmələr tamamilə yenidir, orijinaldır, məzmunlabağlıdır, orada deyilməsi nəzərdə tutulanfikirləri bir inanılmaz incəlikləoxucuya çatdırır.Çoxdan örtülmüş qapının açılanda çıxardığı səsin(cırıltının) "bütün həyətin zarıması” kimi ifadəedilməsi, köhnə tirlərin bağladığı göbələklərin insan ürəyinin qübarı kimi verilməsiqeyri-adi tapıntı kimi qiymətləndirilməlidir vəbunlar həm də"texniki inkişafın” yaratdığı sözünqüdrəti ilə bağlı şübhələrə son qoyur. Bu şeir daha incə bir məqamın- maddiolanla mənəvi olanın vəhdətinin ifadəsidir. Pəncərələrin ağrıdan qırpılmayan gözlərə bənzədilməsi, arxada qalmış o günlərdəbumbuz suyu ilə ürəklərə sərinlik gətirən səhəngdən tökülən suyun yaratdığı assosiasiyadörd bəndlik şeirin yaratdığı insani düşüncələrin pıçılltısı kimi qəbul edilir:

Tənha bir qüssəni çəkib başıma

Yenə şəkilləritöküb qarşıma

Sığınıbömrümün sevda yaşına

Sənin adgününü keçirəcəyəm.

Yəqin, oxucu inanmaz, amma çox istərdiminansın, inanmaz ki, bu fikirlər bir qədər mücərrəd və boz rəngə bürünmüş dünyamızdabəlkə də M.Füzulidən sonra dünyanın ən "qəmli” şairi olan Tofiq Nurəlinin şeirlərinioxuyanda ortaya çıxıb. Maraqlıdır, məhz bu dəfə Tofiqi oxuyanda bu fikirlər məni"dami-ğəmə” (qəm tələsinə) salıb. Əvvəllər də oxumuşdum yazılarını, xüsusənbir-birindən kövrək şeirlərini. Tofiqlə tez-tez görüşürük. Yaxın qonşuyuq. Doğulduğumuzkəndlər, ayrı-ayrı rayonlarda, Şabranda və Qubada yerləşsə də, məsafəcəbir-birindən o qədər də uzaq deyil,aranı dağlar kəsir. Kefinin bir vaxtında, bu vaxt da az-az olur, Tofiq şeirlərindənyavaş-yavaş, bir qədər bariton səslə deyir. Onda da görürsən ki, əhvalının necəliyindən asılıolmayaraq, dediyi şeirlər bir həzin qəmlə örtünüb. Bu örtüyün altındaartıq haqqdünyada olan nənəyə qovuşmuş bir cütbalasının niskili də var:

Oyuncağı torpaq, oyunu torpaq,

Aldı sənə verən boyunu torpaq.

İndi özü edər toyunu torpaq,

Torpağın altında yatan Günayım.

Məndəbelə bir inam var ki, bu cür "əbədiyaşar” qəm-kədər təkcə şəxsi həyatlabağlı ola bilməz. Həkimdir axı. Ömrünün bu gününə qədər minlərlə insanınağrısının şahidi olub. Təkcə şahidimi? Qətiyyən yox. Bu ağrıları yaşayıb, lap özününkükimi qəbul edib onları. Başqa necə ola bilərdi ki, 20-30 il əvvəl müalicəetdiyi xəstələri indi də kömək üçün ona müraciət edir, dərdlərinə əlac istəyirlər.Bəlkə də aşağıda verdiyimiz nümunə ağrılarının son anlarını yaşayan xəstəninhisslərinin ifadəsidir:

Beş kəpənək, on kəpənək,

Gəl əlimə qon, kəpənək.

Soyuğumdan don, kəpənək,

Mən ölüm ayağındayam...

Qaldır məni ağuşuna-

Üzümü ay işığına...

Qon anamın göz yaşına

Mən ölüm ayağındayam.

Gümüşü bir arzu ilə,

Qanadının tozu ilə

Sil alnımın yazısını-

Mən ölüm ayağındayam.

(Beş kəpənək,on kəpənək)

Tofiq Nurəli tanınmış şairdir, sozün nəbzini tutmağı, onu yerli-yerində işlətməyibacarır. Oxucu diqqətini, rəğbətini tez cəlb edib. Ədəbi tənqid birmənalı şəkildəonunşeirlərini yüksək qiymətləndirmiş, müasir poeziyanın ən yaxşı nümunələri kimi dəyərləndirmişdir.Tofiqinşeirlərindən hansısa sözü çıxarmaq, yaxud, başqa sözlə əvəz etmək mümkün deyil

Oxuduğunuzyazıının T.Nurəli yaradıcılığının məzmunu ilə bağlı bədbin fikirlər yaratmasınıheç istəməzdim. Əvvəla, dünyanın bir üzünün rəngiağdırsa, digərinin qaradır. Acı-şirin,sevinc-kədər, isti-soyuq-bu ifadələri istənilənqədər artırmaq olar. Bunlar hər an rastlaşdığımız reallıqlardır. Aydındır ki, bədiiədəbiyyathəyatı, onun yaratdığı əhval-ruhiyyəni ifadə etmək vasitəsi kim də qiymətləndirilə bilər. Deməli, təkcə sevincin deyil, qəmində həmişə ona isti münasibət bəsləyən Tofiqkimi şairlərə ehtiyacı var. Bu öz yerində. Amma onu da qeyd etmək vacibdir ki,Tofiq yaradıcılığı təkcə qəmin ifadəsindən ibarət deyil. Əksinə, məzmunca T.Nurəlinin daxili aləmiqədər zəngindir. T.Nurəlinin şeir yaradıcılığındanyurd yerinə, tarixi keçmişimizə, milli dəyərlərimizə, adət-ənənələrimizə, ailəyəmünasibət qırmızı xətlə keçir. Tanınmış cərrah, tibb elmləri doktoru,AzərbaycanTibb Universitetinin professoru Cabbara-böyük qardaşına həsr etdiyi şeir də gözəlnümunələrdən biridir. İstəyirəm səhiyyə işçilərinə həsr etmək istədiyim, lakiniş prosesində bir başqa istiqamət almışyazımı da, günahım bir qədər azalsın deyə, Tofiqin "Cərrah qardaşım Cabbara” adlı şeirlə tamamlayam.Bu həm də həyatlarını müqəddəs peşəyə, həkimliyə həsr etmiş insanlar birtəbrik olsun:

Yaman dəcəl idim uşaqlıqda mən,

Sən isə mülayim, həlim bir uşaq...

Böyüdük, taleyin qismətlərindən

Mənə qələm düşdü, sənəsə bıçaq!

Ürəksiz, duyğusuz yaza bilmirəm,

Bir köntöv baxışdan misra laxlayır.

...Duyan, duymayan da yeri gələndə

Sənin bıçağına ümid bağlayır.

Neçə ümidsizin həyat eşqinə

Sən öz ürəyindən işıq çəkmisən.

Amansız ölümün lap boğazına

Cərrah əllərinlə bıçaq çəkmisən.

Çoxunuun gözünüqan tuta bilir,

Qan tutan gözlərədünya oyuncaq...

Cərrah əməlləri, cərrah dünyası

Qan ilə, qan ilə açılır ancaq.

Özünə görədir hərənin səhvi,

Səhvi düzəldəsən-böyüklük odur...

Amandır, qardaşım, ehtiyatlı ol,

Cərrah səhv edəndə fəlakət olur.


OqtayAbbas, yazıçı-şair,ADU-nun dosenti

P.S. 4iyul – T.Nurəlinin ad günüdür. Bu münasibətlə həkim-şairi şeirsevərlər vəsağlamlığını ona etibar edənlər adından ürəkdən təbrik edirəm!