Tiranozavr reks skeletinə görə - 50 milyon
Ən böyük və ən tam qorunmuş nümunələrdən biri kimi tanınan tiranozavr reks skeleti “Sotheby's” hərracında rekord qiymətə - 50,1 milyon dollara satılıb.
Adalet.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Daşlaşmış qalığın yaşı təxminən 67 milyon ildir. Nümunə, yaxşı qorunmuş kəllə, iki pəncə və bir sıra nadir sümüklər daxil olmaqla, təxminən 61% qorunub. Skeletin hündürlüyü təxminən 3,8 m, uzunluğu isə 11,5 m-dir. Daşlaşmış qalıq 2021-ci ildə ABŞ-nin Cənubi Dakota ştatı ərazisində bir rançoda aşkar edilib və sahənin sahibi Qeri Likinqin şərəfinə adlandırılıb.
Hərraca telefon vasitəsilə qoşulan və adının açıqlanmasını istəməyən qalib on dəqiqəlik raund ərzində altı rəqibini üstələməyi bacarıb. Hərracdan əvvəl lotun dəyəri 20-30 milyon dollar arasında qiymətləndirilib.
Onurğalılar Paleontologiyası Cəmiyyəti elmi əhəmiyyətini və tədqiqatçılar üçün əlçatanlığın təmin edilməsinin vacibliyini qeyd edərək, skeletin yeni sahibini nümunəni muzeyə bağışlamağa çağırıb. Daha əvvəl rekord qiymətə satılan steqozavr “Apeks”, tiranozavrlar “Syu” və “Sten” ABŞ və BƏƏ-nin böyük muzeylərinə təhvil verilib.
Qeyd edək ki, “Qas” adını almış bu T-reksin skeleti indiyədək hərracda satışa çıxarılmış ən bahalı dinozavr qalığıdır. Bundan əvvəlki rekord 2020-ci ildə 32 milyon dollara satılmış T-reks “Sten”in skeletinə məxsus olub.


Bakı -°C

