Azərbaycan və Malayziya arasında vizasız rejim tətbiq oluna bilər
Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan–Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlər zamanı iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub: "Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bununla bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Çünki Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib".
Deputat vurğulayıb ki, Asiya ölkələrindən turist axınının artırılması üçün vizaların sadələşdirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayının artırılması da vacibdir:
"Adətən Asiya ölkələrindən olan turistlər birbaşa uçuşların mövcud olduğu istiqamətləri seçirlər. Buna görə də birbaşa reyslərin açılması Azərbaycanın turizm potensialının artırılmasına mühüm töhfə verə bilər".
Digər Xəbərlər
09 Avqust 2026 11:34
İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:52


Bakı -°C

