“TikTok”da işə düzəltmə fırıldağı: 57 nəfəri aldadan keçmiş məhkum tutuldu

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Adalet.az xəbər verir ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Xocavənddə silah-sursat satmaq istəyən şəxs tutuldu - FOTO

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Axtarışda olan 50 nəfər saxlanılıb

Bakıda 32 yaşlı qadın itkin düşdü

Bakıda qadın satıcı marketə girən oğru ilə əlbəyaxa oldu - FOTO

Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirildi
