Trampın son paylaşımı nə deməkdir?
“ABŞ Prezidenti Donald Tramp İranla savaşın qızğın vaxtlarında birjaya işləyirdi, çünki qiymətlərin enib-qalxması onun “Vur-vurma” əmrləri ilə sinxronluq təşkil edirdi. Bu gün isə o, dünya mediasının gündəminə işləyir: asır, kəsir, hədələyir. Bu gün isə qonşuları-Kanada və Meksikanın ərazisini ABŞ bayrağının təsviri ilə paylaşmaqla daha bir sensasiya yaradıb”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Təbii ki, Trampın son bəyanatları, bu cür paylaşmaları, hətta Ay peykinin ABŞ-yə məxsus oldudunu deməsi Vaşinqtonun qlobal siyasətdəki bəzi niyyətlərini müzakirəyə çevirir. Siyasi dairələrdə deyilən fikir budur ki, getdikcə Tramplaşan ABŞ xarici siyasəti Avropaya və ilk növbədə Çinə hegemonluq mesajı verir. ABŞ açıq şəkildə deyir: “Mən dünya gücüyəm və hegemonluğumu nəyin bahasına olursa-olsun itirməyəcəyəm!”. Əlbəttə, adam “hegemonluq” mesajını başa düşür, amma Kanada və Mesikanın suverenliyini ələ salmaq və oraları ABŞ-laşdırmaq kimə lazımdır ki?!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Oktyabr 2026 20:51
Yaxın qonşuluqda baş verən geosiyasi müharibələr... - Səxavət Məmməd yazır
07 Oktyabr 2026 19:42
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - AK Parti sözçüsü
07 Oktyabr 2026 16:44
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN
07 Oktyabr 2026 16:00


Bakı -°C

