adalet.az header logo
  • Bakı -°C
08 Sentyabr 2026 14:59
45
İDMAN
A- A+

"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Adalet.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək.