Tibb müəssisələrində tullantı toplanması necə təşkil olunmalıdır?
“Tibb müəssisələrində tibbi tullantıların toplanması işi müəssisə rəhbərliyinin təsdiq etdiyi cavabdeh şəxs tərəfindən aparılır”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxs müəssisədə tullantılara gündəlik nəzarəti, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almalıdır:
“Personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tibb müəssisələrində cavabdeh şəxslərin maarifləndirilməsi, təlimlərin keçirilməsi, toplanan tibbi tullantıların çəkisi şöbə və bölmələrdə tullantıların toplanılmasına cavabdeh şəxs tərəfindən tərəzi ilə ölçülərək qeydiyyata alınmasına, müəssisə üzrə təyin edilmiş cavabdeh məsul şəxs tərəfindən nəzarət tədbirləri həyata keçirilərək şöbə və bölmələrdən kənarlaşdırılması üçün toplanan tullantıların ümumi cəmi hesablanmalı və müqavilə bağlanmış fiziki və ya hüquqi şəxsə təhvil verilməsinə müvafiq qaydada sənədləşdirilməsinə nəzarət edir”.
Digər Xəbərlər
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11
Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyi cavab edir
17 Fevral 2026 10:07
Ətraf mühit və sağlamlıq nümunələrinin tədqiqi: RGEM-də nələr yoxlanılır?
16 Fevral 2026 16:48
Sağlam yaşlanmağın 5 sirri - VİDEO
16 Fevral 2026 10:46
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
13 Fevral 2026 12:43


Bakı -°C

