Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yaydı
Estoniya Parlamenti İranın pilotsuz uçuş aparatı ilə Azərbaycanın Naxçıvan bölgəsinə etdiyi hücumu qınayıb.
Azərbaycanın Estoniyadakı səfirliyindən Adalet.az-a verilən məlumata görə, Estoniya Parlamenti Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Estoniya Parlamentinin Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.
“Azərbaycana qarşı bütün hücumlar əsassızdır və yalnız münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Mülki infrastruktura edilən hücumlar xüsusilə qəbuledilməzdir. Biz Azərbaycanda hücumdan zərər çəkmiş bütün şəxslərlə həmrəyliyimizi ifadə edir və Azərbaycanın bütün ərazisində sülhün dərhal bərpa olunmasını dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.
Digər Xəbərlər
11 Mart 2026 14:53
Koşta Azərbaycana səfər edib
11 Mart 2026 14:20
Baş nazir Tomas Konietzko və Jan Zunqrana ilə görüşdü
11 Mart 2026 14:00
Putin İlham Əliyevə təşəkkür etdi
11 Mart 2026 12:12
“Ölkəmizə zərbə dronları atanlara bu gün humanitar yardım göndəririk...”
11 Mart 2026 11:14
Azərbaycan və Özbəkistan dövlət qurumları Anlaşma Memorandumu imzaladı
11 Mart 2026 10:59
İsrail və ABŞ İranda rejimi dəyişməkdə böhranla üzləşib – Politoloq
10 Mart 2026 19:32
Suriya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
10 Mart 2026 19:31


Bakı -°C

