adalet.az header logo
  • Bakı -°C
06 Mart 2026 17:15
72
SAĞLAMLIQ
A- A+

 Həkim həyəcan təbili çalır!

Bu  gün dünyada, eləcə də ölkəmizdə bir çox  xəstəliklər sürətlə yayılır, Ürək-damar, diabet,  xərçəng, qalxanvari vəz  xəstəlikləri məhz bu qəbildəndir. Bunların da  bir çox səbəbləri var.

O səbəblər bunlardır: qidalar, stress, oturaq həyat, ekoloji  mühit! Bax bütün bunlar hamısı dediyimiz xəstəliklərin sürətlə inkişaf etməsinə  təkan verir. Son vaxtlar respublikamızda yayılan xəstəliklərdən biri də  qalxanvari vəzinlə bağlı xəstəliyin geniş vüsət almasıdır! Təbii ki, bu xəstəlik istər- istəməz insan səhhətində müəyyən problemlər  yaradır.

Özü də son vaxtlar  yeniyetmələrdə və gənclərdə   şurətlə yayılmamaqdadır. Bu barədə tanınmış endkroloq - cərrah   Sadiq Bəbirov həyəcan təbili çalır.

O deyir ki, son vaxtlar cərrahiyyə  əməliyyatı apardığım insanların çoxu yeniyetmə və gənclərdir!  Bu xəstəliyin onlar arasında yayılmasının təhlili göstərir ki, gənclər mobil telefonlardan  və digər elektron   cihazlardan  daha çox istifadə edirlər. Xüsusilə də , mobil telefonlar daha təhlükəlidir.Mən bir həkim kimi tövsiyə edirəm ki, yeniyetmələr və gənclər  mobil telefonlardan az istifadə  etsinlər.El arasında " zob" kimi tanınan xəstəlik elə də sadə bir xəstəlik deyil.

Birmənalı olaraq hər bir valideyn dediklərimizi  diqqətdə saxlamalı, övladların gələcəyi üçün cıddi düşünməlii və qəti addımlar atmalıdır.Yəni onlar  mobil telefonldan çox istifadə etməməlidir!

Emil FAİQOĞLU