AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas hədəfi yaxın gələcəkdə bütün xidmətlərin vahid "e-AQTA" platforması üzərindən həyata keçirilməsini təmin etməkdir.
Adalet.az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, son illər bu istiqamətdə həm yerli dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla inteqrasiya imkanları əhəmiyyətli dərəcədə genişləndirilib: "Hazırda Azərbaycan dünyanın 138 ölkəsinin qoşulduğu IPPC sistemi vasitəsilə elektron fitosanitar sertifikat mübadiləsini uğurla reallaşdırır. Eyni zamanda, ölkəmizdən ixrac prosesini asanlaşdırmaq məqsədilə Avropa İttifaqının TRACES elektron platforması üzərindən artıq 13 müvafiq icazə sənədi alınıb."
Sədr müavini qeyd edib ki, AQTA-nın rəqəmsal strategiyasında süni intellektin tətbiqi xüsusi yer tutur: "Agentlik rəqəmsal transformasiyanı yalnız texniki yenilənmənin tətbiqi deyil, həm də qərarvermə proseslərinin məlumat əsaslı modelə keçidi kimi qiymətləndirir. Bu çərçivədə idxal nəzarəti, planlı yoxlamalar və "ağıllı hesababatlılıq" kimi istiqamətlərdə süni intellektin imkanlarından yararlanmaq üçün planlaşdırma mərhələsinə başlanılıb. Hazırlanmış yol xəritəsi proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına və potensial risklərin əvvəlcədən müəyyən edilməsinə xidmət edəcək".
O, həmçinin bildirib ki, paralel olaraq, kibertəhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılır: "İnformasiya sistemlərinin qorunması, məlumatların məxfiliyinin təmin edilməsi və potensial kibertəhdidlərin vaxtında aşkarlanması istiqamətində Agentlik tərəfindən kompleks təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu addımlar idarəetmədə çevikliyin artırılmasına və resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır".
Digər Xəbərlər
11 Mart 2026 16:21
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qaydaları təsdiqləndi
11 Mart 2026 13:38
“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! - Elxan Şükürlü yazır
11 Mart 2026 13:32
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
11 Mart 2026 12:25
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
11 Mart 2026 11:31
“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
11 Mart 2026 09:36
Müraciətlərin qəbuluna başlanılır - Zabux sakinlərinin nəzərinə!
10 Mart 2026 19:29
Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
10 Mart 2026 17:24


Bakı -°C

