Təyyarə yaşayış evinə belə çırpıldı - VİDEO
ABŞ-ın Corciya ştatının Kobb dairəsində kiçik motorlu Cessna Citation I təyyarəsi yaşayış evinə çırpılıb.
Adalet.az-ın ABC News-a istinadən xəbərinə görə, aviaqəza martın 24-də baş verib.
Şahidlərin biri tərəfindən lentə alınan hadisənin görüntüləri YouTube portalında Storyful News səhifəsində yerləşdirilib.
Bildirilir ki, təyyaradə yalnız bir pilot olub, o da hadisə yerində ölüb. Dairə sakinlərindən heç biri xəsarət almayıb.
Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi jurnalistlərə açıqlamasında qeyd edib ki, təyyarə Corciya ştatının Atlanta şəhərinin Fulton Kaunti hava limanına istiqamətlənirdi.
Qəzanın səbəbləri hələlik məlum deyil.
Digər Xəbərlər
28 Aprel 2024 20:44
Blinkenlə Paşinyan Azərbaycanla delimitasiyanı müzakirə etdilər
28 Aprel 2024 15:13Qazaxıstan istismardan çıxarılan qırıcıları Ukraynaya ötürüb?
28 Aprel 2024 13:43Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”
28 Aprel 2024 13:41İsveçli qadın Quranı yandırdı
28 Aprel 2024 12:07