Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu
MAU aviaşirkətinin "Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm elan olunub.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması ilə əlaqədar olaraq 2020-ci ilin 9 yanvar tarixini matəm günü elan etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Fərman Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra imzalanıb.
Xatırladaq ki, Ukrayna aviaşirkətinin Tehrandan Kiyevə uçan və göyərtəsində 177 nəfər olan"Boeing 737-800” təyyarəsi uçuşdan iki dəqiqə sonra qəzaya uğrayıb. Ukrayna Xarici İşlər Nazirliyi "Boeing”in göyərtəsində olanların hamısının öldüyünü təsdiqləyib. Ölənlərin siyahısı daha sonra açıqlanıb.
Digər Xəbərlər
28 Aprel 2024 21:46
Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44Blinkenlə Paşinyan Azərbaycanla delimitasiyanı müzakirə etdilər
28 Aprel 2024 15:13