Tərtər və Bərdə sakinlərindən sənədsiz silahlar götürülüb
Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səhləbad kənd sakini Ə.İsmayılovun evindən müvafiq sənədləri olmayan "İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Eyni zamanda, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli kənd sakini E.Salahovun evindən 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21