adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2018 15:35
15563
ƏDƏBİYYAT

Tərcümə olunan əsərlərin dili çox bərbad vəziyyətdədi...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı şair Səhər Əhməddir.

-Söz adamları kimlərdi və onların cəmiyyətdərolu nələrdən ibarətdir?

-Sözadamları düşüncəni sözə çevirə bilən kəslərdi, əslində düşünməyi hamı bacarır,dərindən düşünməyi isə çoxları, amma bunu ifadə eləməyi,sözə, yazıya, əsərəçevirməyi bacaranlar azdı.Elə adamalar var ki, çox gözəl həmsöhbətdilər, çoxmaraqlı danışırlar, amma yazanda çox bəsit alınır. Özünü ifadə etmək bacarığıxoşbəxtlikdi, əslində. Ona görə də söz adamları çoxlarını düşündürən həqiqətlərisözə çevirən adamlardı və məhz bu baxımdan missiyaları böyükdü.

-İstedad və zəhmətin yaradıcıinsanda faiz göstəriciləri necədi?

-Məncə,daha çox istadad, mən deyərdim lap çox, səksən faiz.İstedadsız zəhmətkeş yaxşı yazar ola bilməz, amma istedadlı tənbəlyaxşı yazar olar.Təbii ki, hər ikisi olsa, daha yaxşıdı.

-Adətən nəzmdən nəsrə keçidi dahaasan yol hesab edirlər... Bu haqda nə düşünürsünüz?

-Çünkimürəkkəbdən sadəyə keçid həmişə asandı, nəsrdən fərqli olaraq, nəzm yazarı dahaçox yonur, rəndələyir, bədiiliyə daha çox kökləyir. Ona görə də artıq nəsrə keçəndəsözlərdaha sözəbaxan , daha çevik olur. Amma orası da var ki, şair nəsr yazanda dahaçox gözəlliklə oynayır,onunçün də süjet qurmaq, romançılıq bir az çətindi.

-Bəzən şeirlərdə ovqat yaratmaqüçün işlədilən təşbehlər oxucular tərəfindən birmənalı qarşılanmır. Şairin özüslubu və xətti necə müəyyyən olunr?

-Əsasvacib olan deyiləcək fikirdi. Həqiqətən istedadla deyilmiş, və gerçək olanfikri və yaxud hissi hansı şəkildəifadə eləsən, o qəbul olunacaq. Oxucu az şey axtarır, həqiqət,səmimiyyət və təbii ki bədiilik, yəni bunların ustalıqla ifadəsi. Forma, xətt,üslub, deyim tərzi, bütün bunların eləbir fərqi yoxdu. Olsaydı, ədəbiyyatda heçbir yeni janr, cərəyan filan yaranmazdı.

-Hansı zamanı və yaxud məkanıözünüz üçün yaradıcılıq baxımından əlverişli hesab edirsiniz?

-Tamamiləsərbəstəm bu baxımdan. Ancaq güclü daxili tələbat olanda yazıram. Yazmaya bilməyəndə.Nə vaxt və harda bu istəyə mane ola bilməsəm, yazmağa başlayıram. Yazmaqprosesi də maraqlıdı məndə. Həmin an əlimin altında klaviatura olmaya da bilər.Çox vaxt da olmur. Bu məsələdə hafizəmə borcluyam. Məni düçündürən ya qəfil tərpədənşeyləri beynimdə süjetə salıram, sonra imkan olanda köcürürəm.Güclü yaddaşımvar, mən nəinki şeirlərimi, hətta hekayə və povestlərimi demək olar, əzbərbilirəm.Hətta redaktəni də beynimdə edirəm. Yalnız bir dəfə, son dəfəhazıryazını köçürürəm. Bu yəqin ki, tənbəlliyin aşıladığı vərdişdi. Bir yaxşı cəhətdə odu ki, düşünmək üçün də mənə əlverişli şərait, sakitlik filan lazım olmur.Qələbəlikdə də, başqa işlə məşğul olanda da yazı düşünə bilirəm.

-Müasir ədəbi mühitdə sizi narahatedən məsələlər...

-O qədərçoxdu ki,hansından başlamaq da məsələdi. Amma mən ədəbiyyatın, yəni böyük mənadaədəbiyyatın hansısa mühitə, zamana sığdırmağın əleyhinəyəm. Ədəbiyyat ayrı-ayrıxalqlara, ayrı-ayrı əsrlərə aid ayrı-ayrı əsərlər və yazıçılardı.Bu mövqedənbaxanda ədəbi mühit ifadəsi o qədər cılız görünür ki. Unutmuşam, kimin sözüdü,yaxşı əsər oxumaq keçmişin ağıllı adamlarıyla söhbət etməkdi. Yəni, mənə ağıllıadamla söhbət etmək lazımdısa, onu mütləq öz ədəbi mühitimizdən tapmaq zorundadeyiləm. O, Axundzadə də ola bilər, Rembo da, C.Oruel də.

-Ədəbi tənqidimizin bu günkudurumunu necə qiymətləndirirsiniz?

-Meyar,türkün sözü sıfırın altında...

-Tərcümə sahəsində hansı çatışmayancəhətləri müşahidə edirsiniz?

-Tərcüməolunan əsərlərin dili çox bərbad vəziyyətdədi, güclü redaktəyə ehtiyacvar,oxumaq mümkün deyil. Çünki ucuz başa gəlsin deyə, professionallara müraciət olunmur. Təbii ki, istisnalar da var, amma azdı.

-"Görüşməyənədək” kitabınızda müxtəlifdövrlərdə yazdığınız şeirlər yer alıb. Niyə məhz "görüşməyənədək”?

-Birşerimin adıdı, elə bir sətraltı mənası yoxdu...

-Şeirlərinizdə ümid xüsusi anlam kəsbedir. Ümidiniz sizi nə zamansa üzübmü?

-Hə,olur, mən bir az pessimist adamam, amma eyni zamanda həm də həyatsevər. Yəqindeyəcəksiz, bu necə olur, Səməd Qaraçöpün çox sevdiyim bir şeiri var:

Mən dərdihamıdan yaxşı çəkirəm,

Yaxşısevinirəm sevinc olanda...

-Dünya ədəbiyyatından oxumağa vacibbildiyiniz əsərlər...

-Bədiizövq də yaşla, təcrübəylə bağlı dəyişir, məsələn mən özümə vaxtilə dəli kimi oxuduğum əsərləri inditəzədən oxuda bilmərəm. Məsələn Dostoyevski,Tolstoy oxuyan Səhər o vaxtlarBulqakovu belə sevə bilməzdi, indi Murakamini oxuyan Səhərə də təzədən CekLondon, Mopassan, Hüqo oxutmaq olmaz.Ona görə də insanın həyatını dəyişəcək əsərlərdə bir növ tale məsələsidi, sevgi kimi.Bu baxımdan hər hansı məsləhət düzgündiaqnoz olmaya da bilər.

-Çağdaş dövr ədəbiyyatımızdan kimlərioxuyursunuz?

-Deməkolar, oxuyub qutarmışam onları. Təzə nəfəs gözləyirəm.

-Oxucularla hansı şeirinizipaylaşmaq istərdiniz?


Azdım ürəyimin küçələrində,

Yüyürüb üstümə qaçan olmadı.

Gəlib sevgimizin önündə durdum,

Döydüm qapısını, açan olmadı.


Tanış olduğumuz vaxtlara getdim,

Ziyarət eylədim əsrimizi də.

Nə doğma üzlər var, nə köhnə izlər,

Viranə qoyublar qəsrimizi də.


Burda quşdan azad bir hiss yaşardı,

Ordaarzuadlıqonşuvaridi.

Birvaxtdəli-dolubirqızyaşardı,

Görəsəndururmu o qarıindi.


Hələxatirələrilişib-qalıb,

Hərküncdə, bucaqda, tozuniçində.

Yenəkuləkyerəbirməktubsalıb,

Yenəgizlənmisənsözüniçində.


Bəlkə, buməktubadönüb o keçmiş,

Cırıbatmağa da yaramırindi.

Hələdəgozəldixəttindəadım,

Nəolsunağvərəqsaralıbindi.


Zəlzələmiolub, tufanmıqopub,

Sonunukimbeləyazıbbuömrün.

Bu evinyiyəsihayanagedib,

Dəyişibmiyolun, azıbmıömrün.


Gəzdimürəyiminküçələrində,

Uçuqqapılarıaçanolmadı.

Görənistədiyimnəydibirvaxtlar,

Bəs, niyəolmadı, haçanolmadı.


-Ədəbi qurumlara münasibətiniz...

-Birmənalıolaraq, mənasızdı mənimçün...


-Son olaraq "söz” haqqındasözünüz...

-Söz əngözəl uşaqların oynadığı ən gözəl oyuncaqdı.


Söhbətləşdi: Tural Cəfərli