adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyun 2019 12:03
27137
ƏDƏBİYYAT

Təranə ARİFQIZI: BU HƏYATA ƏL EYLƏ

Mən şair olsaydım

Mən şair deyiləm, şair ruhluyam,

Həyat nəğməsiyəm şeirlərimlə.

Mən şair olsaydım nələr yazardım,

Nələr yaradardım nəğmələrimlə.

Bəzən fikirlərim qalıb yarıda,

Bəzən üsyan edib, tez kirimişəm.

Bu qəlb əridibdi buzu, qarı da,

Yanmağı yanandan sonra bilmişəm.

Mən şair olsaydım, uçanquşların

Nəğməsin dİlimə nəğmə bilərdim.

Mənə uzaq olan yad baxışların

Həsrətin özümə doğma bilərdim.

Mən şair olsaydım, sevənkəslərin

Sevgi günəşinə bir dan olardım.

Sevgini yox bilən tezhəvəslərin

Həyat fəlsəfəsin başdan alardım.

Mən şair olsaydım, ağyalanları

Qırmizi qələmlə qaralayardım.

Dünya mənim-deyən çox nadanları

Nizəli sözlərlə paralayardım.

Mən şair olsaydım, qanad açardım,

Könül bağlayardım o göy üzünə.

Tanrı mələyi tək göyə uçardım,

Baxardım, doymazdım bu yer üzünə.

Mən şair olsaydım, bütündunyanı

Yazan qələmimə bağışlayardım.

Sonra qələmimlə bütün hər yanı

Sevgi butasıyla naxışlayardım.


TANRI PİYALƏSİ- İÇMIRSƏN, NƏDƏN?

Susuram, içimdə ətrin boy atıb,
Kül olub xatirən, ya da bayadıb,
Çəkdiyim ahlarım sevinc, vayadı,
Nədən ürəyimdən keçmirsən, nədən?

Keçsən, yerişlərin qana batacaq,
Bu qan vicdanını sənə satacaq,
Vicdanın susacaq, rahat yatacaq,
Qəlbimə kəfəni biçmirsən, nədən?

Deyirsən, həqiqi eşq axtarıram,
Həyatdan doymuşam, müşk axtarıram,
Neynirəm, boş yerə başmaq dağıdam,
Sən ki, köz-odumda bişmirsən, nədən?

Sevinc kuləkləri gec əsdi mənə,
Qayıdıb getməyə tələsdi yenə,
Bu təzə dil açan bir səsdi sənə,
Eşidib rəsmini çəkmirsən, nədən?

Köksümə vurulan qamçılar gülür,
Adınla çəkilən sancılar gülür,
Göydən nur tökülür, damcılar gülür,
Tanrı piyaləsi - içmirsən, nədən?

Təranə, içində dağıldı dünya,
Səninçün həqiqət,nağıldı dünya?
Üç alma düşəndə bağırdı dünya:
Gerçəklə nağılı seçmirsən, nədən?!!

21. 05. 2019
Saat: 03.50

DANIŞAR

Mənə, sus söyləmə, danışmaram mən,
Ağ yolda iz açan qələm danışar.
Qəlbimin sözüdür gözümdəki nəm,
Yanağa süzülən ələm danışar.

Uzaq illərimin yaxın döstusan,
Məni qədərinin yaxın dostu san,
Nə bez gileyimdən,nə də, dost, usan,
Sazım nalə çəkər, telim danışar.

Özgələr onündə susar, danışmaz,
Sözünü ruhundan asar, danışmaz,
Səbrini bağrına basar, danışmaz,
Dil susar, gözümdə selim danışar.

Qoruyar yad sözdən ürək sözünü,
Çalışar tox tuta hər vaxt özünü,
Göz yaşım söndürməz qəlbim közünü,
Yandıqca atəşdə külüm danışar.

Zaman, ey Təranə, yağı kimidir,
Həftələr can alan ağı kimidir,
Aylar ayağımin bağı kimidir,
Gün- günə calanar, ilim danışar.

MƏNİ

Yanında durmuşam, xəyal kimiyəm,

Tut, saxla baxışla, gözündə məni,

Ruhunda açılmış bir yol kimiyəm,

Gəlirəm, bağışla, özun də məni.!

Yuxumda az axtar, məni az ara,

Sənsiz cismim düşüb dərdə, azara,

Əlinlə qoy məni, qoşa məzara,

Suya çək yağışla, gözündə məni.

Doğransam ruhumla dilim-dilim də,

Kimsəyə "sevdamsan”- deməz, dilim də,

Bir sənin adın var, vallah, dilimdə,

Sən sına sal daşla, dözümdəməni.

Deyirsən, gəlmə heç sən mənə sarı,

Sənsizlik ölümdü gözümdə sarı,

Səninlə aramda duran hasarı

Gəl götür barışla, süz indi məni.

Baxsan, görərsən ki, viran, söz bağım,

Baxır gözlərimdən toran, göz bağım,

Yazmasam, qan olar yaram, söz bağım!

Sirr oldum bu yaşla, çöz, indi məni!


BU MƏHƏBBƏT GECDİ DAHA

Sən mənim şeirimin sevgidənizi,

Dalğanda üzməyə, vallah,gəmim yox.

Hər sənə baxanda solurbənizim,

Içındə qərq olub,batsam,qəmim yox,

Batmaq istəyirəmdərinliklərə,

Inci,mirvarılər dolsun içimə,

Ya mən tələsmişəm, sənyubanmısan,

Sevgidə nə deyim, beləbiçimə.

Hərdən gözlərimdən gəlibkeçirsən,

Gecdi bu sevgimiz, gecdideyirəm.

Illərdir dodağım həsrət içsədə,

Daha yubanmışıq, keçdi,deyirəm.

Həyatda heç nəyə vaxt qoymaqolmur,

Sevgi sevən üçün zamansızolur,

Hər sevən ürəkdə taxt qurmaqolmur,

Həqiqi sevgilər yalansızolur.

Sevgini çörəyim, suyum bilirəm,

Aclıqdan hər zaman tox olurammən,

Sən mənim şeirimin sevginağılı,

Hər gün bu nağılda yox olurammən.


ŞAHBUZUN

Yazınəvvəlində çıxmışdım yola,

Mənə gəl-gəldedi, özü Şahbuzun,

Yığdım kəklikotun, daddım yarpızın,

Laləyəbürünüb düzü Şahbuzun

Dolandımyolları dağ dərəsində,

Sularşaqqıldayır çay bərəsində,

Dağların ətrivar bal-kərəsində,

Bizi qonaqetdi, yazı Şahbuzun

Güldü, gülüşüyləgüllər açıldı,

Gəldi,gəlişiylə yollar açıldı,

Qonaqqarşıladı qollar açıldı,

Nə xoşduədası, nazı Şahbuzun.

Aşıqlaroynadı, sazla-söz dedi,

Dəyərgözəllərə,dəyər göz dedi,

Dağların sirrini indi çöz dedi,

Könlümü lal etdi sazı Şahbuzun!

Bişdi unnucadan dadlı kətəsi,

Çaşırı, bolusu dağda bitəsi ,

Gözəllikdə varmı bundan ötəsi,

Səslənir, bax, xoş avazı Şahbuzun!


BUHƏYATA ƏL EYLƏ

Son qismətim, tale payım, hardasan,

Yaşat məni, Yaradana qul elə!

Ömrum – günüm, demə, sən də dardasan

,Dardan qurtul, bu ömrümə gəl elə!

Keç qəlbimdən, yaraları sarı sən,

Hey çəkirsən yaralara sarı sən,

Urəyində bir künc ayır barı sən,

Bir çiçəyi öz bağında gül elə.

Həyatsınaq meydanıdı,biləsən,

Bütöv ömrü qurban vermə ilə sən,

Gözlərimə göz bəbəyi, giləsən,

Gözlərindəntoru götür, tul elə.

Sevgisinə yanıq düşdü bu ürək,

Öz suyuna qanıq düşdü bu ürək,

Çox ünvana tanıq düşdü bu ürək,

Yol vermədi heç birinə, yol elə.

Birömrü də yarıtmadı bu baxtım,

Öz yarasın sarıtmadı bu baxtım,

Öz içimdə susqun qaldım, ya baxdım,

Səssiz qalan sözlərimi dil elə.

Sevinmişəm, yaş gələndə yaş ustə,

Meyvəsizil sanki gəldi daş üstə,

Deyənyoxdu, gözün altda, qaş üstə,

Gözlə qaşın arasına dol elə.

Ay Təranə, yol verən yolda qalar,

Ömür zirvə, yorulan yalda qalar,

Tələsməyən sonunda dalda qalar,

Addım-addım bu yollarda qal elə

Ad günündü, sevin belə, gül belə,

Illər yandı, sevinmədi kül belə,

Butəbrikə dedi neçə dil belə:

Daha vaxtdı, bu həyata əl elə.