“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib - FOTOLAR
“AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən aksiyada “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən Xoşbulaq kəndinin ərazisində yerləşən təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Aksiya çərçivəsində Daşkəsən rayonu ərazisində yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.
Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.
Digər Xəbərlər
02 Oktyabr 2026 09:17
BİZ XANKƏNDİNİ YUXUMUZDA GÖRƏRDİK
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32


Bakı -°C

