Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq
Mesajlaşma və sosial media tətbiqi Telegram reklam gəlirlərinin 50 faizini kanal sahibləri ilə bölüşəcək.
Adalet.az xəbər verir ki, Telegram-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov verdiyi yazılı açıqlamada platformada yayımlanan kanalların ayda 1 trilyon baxış əldə etdiyini bildirib.
Bu baxışların yalnız yüzdə 10-unun "Telegram Reklamları" vasitəsilə gəlir əldə etdiyinə diqqət çəkən Durov, Telegram Reklamları platformasının gələn aydan etibarən təxminən 100 ölkədə reklamçılara təqdim ediləcəyini bildirib.
Platformanın açıldığı ölkələrdəki kanal sahiblərinin reklam gəlirlərindən pay alacaqlarını bildirən Durov, "Bu ölkələrdəki kanal sahibləri Telegram-ın öz kanallarında reklam göstərərək əldə etdiyi gəlirin yüzdə 50-ni almağa başlayacaqlar" deyib.
Durov qeyd edib ki, TON adlı blokçeyn reklam gəlirlərini təhlükəsiz və tez reallaşdırmaq üçün istifadə olunacaq.
Dünyanın məşhur mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aylıq aktiv istifadəçilərinin sayı 2023-cü ilin sonuna kimi 800 milyon nəfərə çatıb.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10


Bakı -°C

