adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2020 06:02
54339
ƏDƏBİYYAT

Təki sən, səslə, məni - Əntiqə Rəşiddən HEKAYƏ

Gecənin hansı aləmi idi, bilmədi. Amma, bərksusadığının fərqindəydi. Durub işığı yandırdı . Yuxusu çəkildi. Otaq azca soyuqolduğuna görə, xalatı da geyinib mətbəxə tərəf addımladı. Mətbəxin də işığınıyandırdı. Qrafindən billur stəkana su süzüb içdi. Lap sonuncu damlanıudanda qəflətən işıqlar söndü. Elə bil bir otaq yox, bütün yer üzü zülmətə qərqoldu.Stola, stula, qapıya çırpıla-çırpıla, əl havasına otağına dönməyəçalışırdı. Dodağının altında "bu vaxtıişığı keçirərlər?” deyib əsəbi şəkildə mızıldanaraq zala tərəf getdi. Bu anda qaranlığın içindən,dəhliz tərəfdən şirin, qayğıkeş bir səs "indi yandırıram işığı, gözlə”-dedi.

Ürkütücü zülmətin içindən gələn o səs o qədər doğma gəldi ki...Gözlərini dəhliztərəfə zillədi. Dəhlizə elə bil yeni bir qapı açıldı. Qapıdan gur işıq sürünə-sürünəevin içinə, otaqlara, mətbəxə, yataq otağına, zala doldu. Ev sanki işıqsaçırdı. Bəmbəyaz, süd kimi işıq...Gözünü nura boyanmış evdən çəkib dəhliz tərəfəbaxdı.Əynindəki qara gödəkcədən tanıdı...Odur!

Dəhlizdə durub heyranlıqla, həsrətlə ona baxan oğlanın baxışlarından utandı,başını aşağı saldı. Bu zaman əynində çoxdan lap çoxdan dərzidə həvəslətikdirib, geyindiyi, üstündə kiçik-çəhrayı çiçəkləri olan ağ paltarını görəndətəəccübləndi. "Nə vaxt geydim mən bunu...axı illər əvvəl...
Oğlanın səsi onu düşüncələrindən ayırdı:
-Salam...
-Salam..
-Nətərsən? ...Yaxşısan?...Niyə dillənmirsən?
- ...Nə deyim?
- De ki,yaxşıyam, sən nətərsən ay yaraşıqlı oğlan, ay gözəl oğlan?-dedi və xəfifcəgüldü.
-Tanıdın məni?
Qız başını aşağı-yuxarı yellədi.
Yenə düşünməyə başladı." Mən onun şəklini hardagördüm??? Ay Allah, gördüm eee, harda?"...- yenə yadına heç nə sala bilmədi...
- Çox bəyəndinmi, məni?
Qız pörtdü." Bunu kim çatdırdı, tezcənə, yəqin komandirdedi"-düşündüyü an oğlan yenə gülümsədi:
-Yorma özünü, mən özüm hiss elədim..
-Hardan?
-Mən polisəm axı. Hər şeyi hamıdan əvvəl bilirəm... Sənin neçə yaşın var?
-21...Bəs sənin?
-Mənim 24...Düşür, düşür- dedi və yenə ucadan güldü.
-Düşmür! Sənin sevdiyin var!
-.Hmmm... Komandir dedi eləmi?..Bəzən insanlar imkansızı sevir. Bilirsən,anlayırsanki, o sənə aid deyil, sənə məxsus deyil, amma özünlə bacara bilmirsən… Bir qızvardı sinfimizdə, balaca vaxtı onu sevirdim…Çox gözəl idi.Sinfimizdə oğlanların hamısı o qızı sevirdi. Amma qız heç birimizisevmirdi.Gözünə girməkdən yorulmuşduq. Əlinə kitab almayanlar qızın gözününqabağında müəllimdən tərif alsın deyə yarışa girmişdilər, hər gün dərs danışırdılar. Hələ sinfimizdə bir oğlanvardı, qızlar bayramında onu təbrik etmək üçün Kirsin yaxasından ona qargülüyığıb gətirmişdi.
-Qız o oğlanı sevdi?
-Yox. Qızoğlandan gülü alan kimi aparıb müəlliməyə verdi. Onu təbrik elədi. Biz əsgərlikdəndöndük ki,qız ailə qurub, amma xoşbəxt olmayıb. Evlərinə dönüb. Amma yenə dəgözəl idi...
-Yaxşı olub!
-Elə demə...İndi burda sənə etiraf edirəm axı... mən onu çox sevdim. Lap çox...
-Alaydın da...- qız narazı səslə dilləndi.
-Nənəm məni asardı - dediyi anda qayğılı simasına yenə bir gülüş qondu.
-Komandir sonra nə dedi?
-Dedi ki, çox zarafatcılsan, hələ...- qız ucadan güldü. Elə gözəl, şirin güldüki, oğlan da ona qoşuldu.
-Nə dedi. de də...
-Dedi ki, sonuncu döyüşdən əvvəl gülə-gülə deyirmişsən ki, komandir, Allah eləsinölməyim, ölsəm biabır olacam. 2 aydı çimmirəm, bədənim "şaqqıldaqbağlıyıb... Ermənilərin yanında xəcalətliqalacam....
Yenə hər ikisi ucadan qəhqəhə çəkib güldü. Qız gülə-gülə oğlanı birdə süzdü.Qapqara, qıvıcıq saçları, qapqara gözləri-qaşları, ağğappaq mirvariyə bənzərdişləri, mirvarini "çəpər ” ə almış dolu dodaqları... Bığıda elə bilbu yaraşıqlı "ansambl”ın bir üzvü idi. Yenə düşünməyə başladı.”Mən onu hardagörmüşdüm axııı...
-Belə oldumu, komandir? İndi məndə sənə komandirdən bir lətifə deyəcəm. Deməli,bizim komandir həmişə siqaret qutusunu döş cibinə qoyurdu. Elə ki, o lənətə gəlmişlərermənilər onu əsəbləşdirdi, hirsəndirdi, komandirbaşlayırdı siqaretin axtarmağa. Əvvəlcə şalvarının arxa ciblərini eşələyərdi,sonra yan cibləri ”senzura”dan çıxarardı, ən sonra əlini döş cibinə atıb qutunugötürərdi. Gülməyimi zorla sıxıb saxlayırdım.
- Niyə saxlayırsan ki... Güləydin də...
- Dədəm (ata) bizə acıqlananda bizi vurmazdı, amma bir baxışları vardı,.. adamıayaqüstə "öldürürdü”. Dərsimizi oxumayanda nənəm (Ana) "dərsimizi"oxlavla verirdi, heç vecimizədə olmurdu. Amma dədəmin baxışları!!!... Bax,komandirdə də elə bir baxış vardı ... Əsəbləşəndə çəpəki, gözünün”quyruğu” iləadama elə baxırdı, günahın olmasa da, adamı tər basırdı. Hamısı üçün elədarıxmışam...
-Get görüş də, nə çətin işdi?
Oğlan başını aşağı saldı, üzü yenə qayğılandı:
-Axı, onlar mənim üçün heç darıxmırlar...Nə vaxtdandı adımı da çəkmirlər...Adımıağızlarından eşitsəm yanlarına gedərdim. Bax, sən məni görmək istədin, gəldim...
- Heç, kimdənsə qorxmusan?
- Yox! Hə bir dəfə...Rusiyada hərbi xidmətə getmişdim. Elə bir hərbi-hissəyədüşdüm ki, özümdən başqa bir dənə azərbaycanlı yox idi. Onda rusların bir"dembl”i vardı. Məndən 2 metrdə uzun, enli sarı oğlanıydı. Yanında 4-5 nəfər dəözü kimisi...Mənə əmr elədi ki, onun "batinka” sını silim. Hamısı diqqətlə mənəbaxırdı. Sakitcə, batinkanı əlimə götürdüm və bütün var gücümlə onu rusun üzünəçırpdım. Rusun düz qaşının üstündən qan sanki fəvvarə vurdu. Rusun üzü,üstü-başı qan oldu. Yanındakı "cəngavərlər”də süst qalmışdılar. Özlərinə gələndəisə "demblin” qolundan yapışıb hamama tərəf apardılar. Bax, ilk dəfəonda insan qanı gördüm. Insan qanı axıtdım, deyə çox qorxmuşdum. Həmin gündənözümə söz verdim ki, idmanı öyrənim, mənə ilişənləri idmanla susdurum, qanınıtökməyim.
Heç nədən qorxmuram! Amma...Mən unudulanda, adım çəkilməyəndə çox həyəcanlanıram.Elə bilirəm öldüm... Həə, bir də ölməkdənqorxuram, unudularaq ölməkdən...- deyib yenəgüldü-Bax sən, adımı çəkdin, çağırdın məni, məni görmək, söhbətləşmək istədin..Mən də sevinə-sevinə gəldim. Amma deyəsən, getmək vaxtıdı.
-Hara gedirsən?
-Uzaqlara, burdan çox uzaqlara..
- Hara eyyy, hara?Şuşaya?
Oğlan duruxdu. Udqundu.Yenə üzü, gözlərləri kədərə büründü:
-Yox, Şuşaya tərəf getmirəm, bir dəfə getmək istədim. Həm də Cıdırdan enib getməkistədim..
Qız hövsələsizcəsinə:
-Getmədin?-deyə soruşdu.
-Yox... gedə bilmədim. Şuşadan elə bir qoxu, elə bir iy gəlirdi ki...O iy mənivurdu, ürəyim bulandı.
-Bəs, şuşalılar deyir, Şuşadan qışda da gül-çiçək qoxusu gəlir. Təmiz hava. Cənnətşəhər...
- Hə şuşalılar orda olanda elə idi... indi yox... Tez uzaqlaşdım ordan. İndiqalacaq yerim Kirsdədi.
-Ordan Şuşa görünür?
-Ordan bütün Qarabağ görünür...Bir dəfə elə kədərləndim. Çayın yaxınlığında 4 nəfərləpostda idik. Çaya yaxın bir dənə ağac vardı.... "ştıknoj”la ağacın gövdəsinioyub, ora adımızı yazmışdıq. Tez-tez ora da gedirdim, sonuncu dəfə gedəndəağacı yerində tapa bilmədim... kəsib apamışdılar!
Qız:Kədərlənmə...-dedi. Amma təsəlli üçün nə deyəcəyini kəsdirə bilmədi.
Qızın kədərlənməsi oğlanı bir az özünə gətirdi. Ürəyi razı olmadı o kədərlənsin.Tezcə soruşdu:
-Düzünü de, mən doğrudan göyçəyəm, yaraşıqlıyam? - Hər ikisi ucadan güldü.
-Yaxşı, gözəl, mən getməliyəm!
-Getmə!
-Olmaz! Komandir bizə həmişə deyirdi ki, heç kəsin etibarından istifadə etməkolmaz! Etibar elədilər, buraxdılar, qayıtmasam, bir də səninlə görüşə gələ bilmərəmaxı..
-Nə yaxşı gəldin!
-Nə yaxşı çağırdın!
Otaq yavaş-yavaş toranlaşmağa sonra isə yenə zülmət qaranlığa qərq oldu.Qız yenəəl havasına yataq otağına keçdi. İndi hiss etdi ki, gözündən yuxu tökülür.Tir-tap özünü çarpayısına atdı. Heç əynindəki bozarmış köhnə xalatıda soyunmağaheyi olmadı.

Səhəryuxudan duranda hiss elədi ki, başı "şişib" lap qazan boyda olub.Güzgününqarşısına keçdi, özünü görəndə qeyri-ixtiyarı"bismillah " dedi. Axı oaxşam 22 yaşlı, ağ çiçəkli donu olan gənc-gözəl qız idi..."Bu nəydi Allah! Başım xarab oldumu?"-deyib, adəti üzrə dünəndənsöndürdüyü kompyüteri açdı. İnterneti ələk-vələk elədi. Birdən qarşısına çıxanfotonu fotodan gülümsəyən qaragözlü oğlanı görəndə anidən ürəyi bərk-bərkçırpındı, Əlləri əsə-əsə şəkilə sığal çəkdi, kövrəldi. Şəkilin yanında yazılansözləri oxuyanda isə hönkürtü ilə ağlamağa başladı.

"1991-cü ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Milli Qəhrəmanadına layiq görülüb. Subay id. Bu gün onun doğum günüdür! Ehtiramlaanırıq!"

Əntiqə Rəşid