Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq
Lənkəran və Lerikdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq”dan Adalet.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq”, - məlumatda qeyd olunur.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər Xəbərlər
01 May 2026 18:51
Polis bayrağa hörmətsizlik edən şəxsi saxladı
01 May 2026 15:05
Partlayışda yaralanan həkim vəfat etdi
01 May 2026 13:03
Biləsuvarda 205 kq qanunsuz at satışının qarşısı alındı
01 May 2026 09:39
"Aktau qəzası"nın istintaqı Qazaxıstanda davam edir
30 Aprel 2026 19:40
Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib - Cinayət işi başlandı
30 Aprel 2026 17:00
“Övladım həmin gün evdə…” - Hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı - VİDEO
30 Aprel 2026 15:47
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var
30 Aprel 2026 11:55


Bakı -°C

