adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2017 13:23
36520
MARAQLI

Tək gedə bilməyəcəyiniz 9 LƏNƏTLİ YER

Dünya var olduğundan bu yana lənətli yerlərlə bağlıhekayələr danışılır. Kimi yaşanmış, kimi sadəcə deyilənlərdən ibarət olaraqqalır. Dünya ədəbiyyatında, kinosunda da lənətli evlərdən, qəsəbələrdən,adamlardan əsərlər yazılmış, filmlər çəkilmişdir.






Gedənin geri qayıtmadığı mağara – Havran, Balıkəsir

BalıkəsirinHavran mahalında olan bu mağarada söyləntilərə görə mağaranın içinə girən bir dahaçıxa bilmirmiş. Ora girib itirdikləri heyvanlarını axtarmaq üçün yola çıxan çobanlardanbir daha xəbər alına bilmirmiş. Deyilənlərəgörə, mağaranın ətrafında və içində insan sümükləri olduğuna dair qorxunchekayələr danışılır. Bəzi kəndlilərə görə mağaranın içində qəribə bir məxluqvarmış.


Hoia Bakiu Meşəsi – Napoka, Rumıniya

Mələklərmeşəsi: Hoia Bakiu Meşəsi. Bu meşəyə gedən ziyarətçilərin bir çoxu, orda ikən "birşeylər tərəfindən” izləndikləri hissinə qalırmışlar. Rumınyiada bu bölgədəyaşayanların inandığı şəhər əfsanəsinə görə də bu meşəyə girən geri qayıdabilməzmiş!


Stenli Mehmanxanası – Kolorado, ABŞ

StenliOteli, "Parıltı” filmində istifadə edilmiş məkandır. Otelin köhnə sahibləri F.Ovə Flora Senlinin hələ də otaqlarda gəzdiyi və hətta görüntülərinin video lentlərdə əks olunduğu iddia olunur. Deyilənlərə görə, otelə azyaşlılar buraxılmadığı halda, qonaqlar gecələr dəhlizlərdəsəs-küy edən uşaqlardan şikayət edirlər.


Alkatraz Həbsxanası - ABŞ

Həbsxanada AlKapone və Corc Kelli kimi məşhur mafiya liderləri cəza çəkiblər. San-Fransiskokörfəzindəki adalardan birində yerləşir. Fəaliyyəti dayandırılan zindandançığırtı, ayaq səsləri eşidilir. Qapılarının öz-özünə açılıb-örtüldüyü deyilir.


Banqar divarı - Hindistan

Rajastanda Canpur vəAlvar arasında yerləşir. Məşhur cadugər Sinqiya hamının burada öləcəyini vəruhlarının əbədiyyətə qədər həbs olunacağını deyir. Maraqlıdır ki, lənətliolduğu deyilən bölgədə tikilən evlərin hamısının damı çökür. Gecə bura gələnləryoxa çıxırlar. Hökumət günəş batandan sonra insanların bölgəyə getmələrinəqadağa qoyub.


Şərq ŞtatıTəcridxanası - Penslivaniya

Filadelfiyaşəhərində yerləşən təcridxana vaxtilə din cinayətkarlarının sorğu edilməsi üçünistifadə edilib. Dindirilmə zamanı məhbusların çoxusu dəli olurdu. Müəyyənmüddətdən sonra buradan tükürpərdən çığırtı səsləri eşidilir.


Monte Kristomalikanəsi - Avstraliya

Malikanədə lənətxanım Krauleyin ərinin ölməsindən sonra dolaşır. Krauley ərinin ölməsindənsonrakı 23 il boyunca cəmisi 2 dəfə çölə çıxır. Onun da ölməsindən sonramalikanədə qeyri-hadisələr başlayır. Evi lənətləyən qadın orada tez-tez qorxuncqarabasmalar şəklində görünür. Çığırtısəsləri eşidilir, işıqlar özü-özünə yanıb-sönür.


Yeraltı Qəbiristanlığı - Fransa

İddialara görə700-cü illərdə Parisdə meydana gələn vəba xəstəliyindən ölənlər kilsənin qərarıilə əhəng ocaqlarında yandırılırdı. Bu məqsədlə yerin altında düzəldilmişotaqlarda minlərlə insan əhənglənərək ortadan yoxa çıxıb. Ta ki 1844-ci ildə ilkqazıntılarda otaqlar ortaya çıxarılarkən bu mövzu gizli qalırdı.


Ölüm dərəsi -Kaliforniya

Kilometrlərlə və saatlarla dəyişməyən mənzərə boyuncairəliləyirsinizsə, yol kənarında nə bir dayanacaq, nə bir ağac yoxdursa,termometr 50 dərəcəni göstərirsə, deməli, siz, Kaliforniya ərazisindəki"Ölüm dərəsi"ndəsiniz. Burada hər an zəhərli böcəklərin hücumuna məruzqala bilərsiniz. İşdir, maşınınız xarab olsa, yanınızda su olmasa, və ya yoldankimsə keçməsə, tez bir zamanda ölüm sizi haqlayacaqdır. Buna görə, bura "Ölüm dərəsi" adlanır.