adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Iyun 2022 12:29
958
ELM VƏ TƏHSİL

Təhsilimiz deputatın gözü ilə: “Georgi lenti” , “Xomeyni” mahnısı, cəzasızlıq...

Yəqin unutmamısınız: Ötən ay paytaxdakı 164 nömrəli orta məktəbdə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirildi. “Georgi lenti” bugünkü gündə Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Məlum oldu ki, məktəbin direktoru Kəmalə Ənvər qızı Qədirovadır. “O, “Tərəqqi” medalı almış, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun həyat yoldaşıdır. Hətta məktəb 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.

Olayla bağlı adıgedən məktəbdə cəzalandırılan, “xəbərdarlıq”, “töhmət” alan “gül üzünə püff” deyilən bir məsul şəxs olmadı. Bir sözlə, “Georgi lenti” ilə bağlı məktəbdə heç bir tədbir də baş vermədiyi üçün məsələ tezliklə unuduldu. ( Olsaydı ictimaiyyətdən gizli qalmazdı)

Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda – 1 saylı orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı sosial şəbəkələrdə böyük bir ajiotaj yarandı.

Məlum oldu ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa İranın ali dini lideri Xameneyiyə həsr olunan dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Hər iki hadisə Azərbaycan ictimaiyyətinndə narahatlıq doğuran , onu qıcıqlandıran nüanslardı. “Georgi lenti” in mahiyyəti də İranın ali dini lideri Xameneyiyə həsr olunan dini mahnı qədər təhlükəlidir.

Etiraf edək ki, birinci olayın qarşısı alınmadı deyə , ikinci olay da baş verdi.Sual olunur: 164 nömrəli orta məktəbin müdiriyyəti niyə cəzalandırılmadı ki, Yevlax 1 saylı orta məktəbdəki hadisə o cəzasızlığın təzahürü kimi ortaya çıxdı. 164 saylı məktəbin müdiriyyətinə niyə töhmət verilmədi?Axı problemin özəyi məhz ordan qaynaqlanır...

Adalet.az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Etibar Əliyev iradlarını bildirib. “Azərbaycan məktəbləri əsl poliqona çevrilib” deyən
E.Əliyev qeyd edib ki, uşaqlarla “Georgi lenti” tədbirindən sonra dini mahnıların oxudulmasına başlanılıb: “Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi.

Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur. Bakı məktəb direktorlarının bildirdiyi kimi bir məktəb monopolisti də var, lakin onu gizlədirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir… Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib”.
“Məktəbi dağıdanlardan qoruyaq!”, – deyə deputat sonda çağırış edib.


Qeyd edək ki, məktəblərdə tez-tez bıçaqlanma və intihar hadisələri, eyni zamanda müəllim-şagir d arasında insidentlər baş verir .Ötən ay Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə, bundan əvvəl isə müxtəlif təhsil ocaqlarında baş verən bıçaqlanma hadisələrinin olduğunu vurğulayıb.

C.Valehov həmçinin Zəngilan rayonu 35 nömrəli məktəbdə musiqi müəlliminin VIII sinif şagirdini döyməsini də təəssüflə qeyd edib.

Əntiqə Rəşid


.