Təhsil uğurun açarıdır
Bir gəncin işıqlı yolu onun təhsilindən başlayır. Təhsilsiz insanın cəmiyyətdə yüksək mövqe tutmağı demək olar ki, mümkünsüzdür. İnsan yalnız savadlı olmaqla, oxumaqla uca zirvələri fəth edə bilər.
Təhsil zəhmət istəyir. Bu günün qəhrəmanı Elmira Əlizadə də bu zəhmətə qatlaşanlar sırasındadır. O, 2006-cı ildə Bakı şəhərində anadan olub. İbtidadi təhsilini Bakıda alsa da, sonra Gəncədə, daha sonra isə Balakəndə məktəbə gedib. Elmira öz uşaqlıq arzusunu reallaşdırmağı qarşısına məqsəd qoymuşdu. O, politoloq olmaq istəyirdi. Bunun üçün dayanmadan çalışırdı. Nəhayət ki, bu çalışqan qızcığaz arzusuna çatdı. O, 445 balla Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə qəbul oldu. Biz də onun sevincinə şərik olduq.
Tələbə adını qazanmış Elmira uğur qazanmağın yolunu abituriyentlərlə də bölüşüb: “Sevindirici nəticə əldə etmiş tələbə kimi, bütün abituriyentlərə deyə bilərəm ki, əvvəlcə öz hədəflərini müəyyənləşdirsinlər. Daha sonra zəhmətə qatlaşmağı bacarsınlar. Son dərəcə səbrli olsunlar. Və bir də özlərinə inansınlar. İnamla çalışmaq hər kəsə uğur qapıları açır. Belə olan halda bütün abituriyentlər arzuladıqları ali məktəbə qəbul olub, istədikləri ixtisasa yiyələnə bilərlər.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər
14 Iyun 2026 13:23
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
13 Iyun 2026 12:38
11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq
13 Iyun 2026 11:43
Bu il 23 mindən çox müəllim imtahan verəcək
12 Iyun 2026 19:55
33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO
12 Iyun 2026 12:54
Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib
12 Iyun 2026 09:39
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
11 Iyun 2026 18:18
Azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq
11 Iyun 2026 12:14


Bakı -°C

