TƏHSİL-BİZ HARA GEDİRİK? - Etibar Əliyev yazır
Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalşırlar.
Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlamağa çalışırlar. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdir. Bilmək-preblemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, materilalı interperetasiya etmək və gəlinən nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır.
Müəllimin bliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndən yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu.
Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız Orta məktəb dərsliyi və Test kitabçaları ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır. Görkəmli təsil mütəxəssislərindən biri haqlı olaraq Tədris proqramını "sehirli baxça" adlandırırdı. Bu sehirli baxçadan bütün qanqallar yığışdırılmalıdır.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20


Bakı -°C

