adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 23:16
124221
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

Maddə 48. Nəqliyyatvasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digərsürücülərin vəzifələri

I. Üstündə"polis", "təcili tibbi yardım", "yanğınsöndürən"yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinəyetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücülərixüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

II. Yuxarıda nəzərdətutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edəndigər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisiniyandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağıboşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurətolduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.

Üstün keçidhüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verənnəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxilolmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkətetməsi qadağandır.

III.Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyiyerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyatvasitələrinə nisbətən üstünlüyə malikdir.

IV. 5.9,5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyatvasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyatvasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır.

Əgər bu zaman həminzolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa,nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdəyola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsiüçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyatvasitələri üçün maneə yaratmamalıdır.

V. Yaşayış məntəqələrindəsürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara vəavtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlarayol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkətrejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükəaltında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütünhallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Maddə 49. Nəqliyyatvasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

I. Normal hərəkətzamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkəthissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda,habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkəthissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkətetmək qadağandır.

II. Hər istiqamətdəazı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçünnəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

III. Üç hərəkətzolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkəthissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunanorta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə vəsola, yaxud geriyə dönmə üçün icazə verilir.

IV. Eyni istiqamətdəazı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarınaçıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvayyaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.

V. Eyni istiqamətdəüç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkətzolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələriyalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyatvasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkətistiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.

(ardı var)