"Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb" - Nazir müavini
"Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı ilə “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, bu informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcədə göstərilən xidmət sistemlərində saxlanılan məlumatların sistemliyini və əlçatanlığını təmin edir.
"Əsasnaməsi təsdiq edilmiş informasiya sisteminin “Meşə” altsistemi, “Ekoloji təhlükəsizlik” altsistemi, “Ekoloji ekspertiza”, “Ekoloji monitorinq”, “Tullantıların idarə olunmasına dövlət nəzarəti”, “Bioloji müxtəliflik”, “Hidrometeorologiya”, “Geologiya”, “Geodeziya və kartoqrafiya”, “Yaşıllaşdırma və landşaft quruluşu”, “İqlim” kimi alt sistemləri özünə ehtiva edir. “Rəqəmsal ekologiya” informasiya sistemi hazırlanarkən daxilində toplanan məlumatlar, onların düzgün şəkildə idarə olunması, ictimaiyyətin, akademik səviyyədə, eləcə də digər dövlət qurumlarının xidməti fəaliyyətlərində istifadə etmələri üçün məlumat dəstlərinin hazırlanması prioritet istiqamət kimi müəyyən olunmuşdur.
Layihə çərçivəsində “Hidrometeorologiya” alt sistemi hazırlanmış və istifadəyə verilib. Hazırda ölkə ərazisində yerləşən 72 sayda avtomat meteoroloji stansiyadan və 7 sayda ənənəvi stansiyadan daxil olan məlumatlar bu sistem vasitəsilə analiz olunur və hidrometeoroloji proqnozların tərtib edilməsində istifadə edilir. Bir dəqiqə ərzində 6 dəfə stansiyalardan məlumatlar toplanaraq verilənlər bazasında arxivlənir və arxivlənən böyük həcmli məlumat yeni analizlərin aparılması üçün fürsətlər yaradır".
Nazir müavini qeyd edib ki, bu məlumatlar Elektron Hökümət İnformasiya Sistemi üzərindən xüsusiləşmiş məlumat dəsti olaraq, digər dövlət qurumlarının istifadəsi üçün açıqdır:
"Eyni zamanda məlumatların əlçatanlığının təmin edilməsi, ölkənin açıq məlumatlarla bağlı inkişaf strategiyasını nəzərə almaqla bu məlumatlardan istifadə edilərək xüsusi açıq məlumat dəsti hazırlanmış və rəsmi opendata.az portalında yerləşdirilib.
Hazırda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi və texniki standart baxımından eyniləşdirilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, Milli Hidrometeorologiya Xidməti tərəfindən təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün 3 ədəd dopler radar sistemləri quraşdırılıb. Meteoroloji radiolokatorlar təhlükəli hadisələrlə müşaiyət olunan konvektiv buludluq haqqında etibarlı diaqnostik məlumatlar əldə etməyə imkan verir. Bu məlumatlar leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir və milyon sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir.
Növbəti mərhələ üçün bu böyük həcmli məlumatların da açıq məlumat dəsti olaraq opendata.az portalında dərc olunması planlaşdırılır. Həmçinin bu məlumatlardan daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə də növbəti mərhələdə ölkəmizin sahib olduğu super kompüterlər ilə emal olunması istiqamətində hazırlıq işləri görülür. Eləcə də, kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub".
Digər Xəbərlər
08 Dekabr 2025 17:10
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
08 Dekabr 2025 16:47
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
08 Dekabr 2025 16:15
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
08 Dekabr 2025 15:17
Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb
08 Dekabr 2025 15:11
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçdi
08 Dekabr 2025 13:01
"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
08 Dekabr 2025 11:56
Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik - Nazir
08 Dekabr 2025 11:53


Bakı -°C

