Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir.
Bu barədə Adalet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən növbəti görüşdə onlardan artıq 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib. O, azad edilmiş doğma yurdlarına köçürülən sakinlərdən əmək qabiliyyətli şəxslərin bu proqramlarla əhatə olunduqlarını bildirib. Nazir müavini məşğulluq proqramlarının uğurlu icrasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.
Digər Xəbərlər
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54
AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq
02 Mart 2026 16:32
“ABŞ–İsrail–İran toqquşmasının miqyası böyük tarixi əhəmiyyət daşıyır...”
02 Mart 2026 15:50


Bakı -°C

