TƏBRİK: DAXİLİ İŞLƏR NAZİRİ, GENERAL-POLKOVNİK CƏNAB VİLAYƏT EYVAZOVA

Cənab Nazir!
Sizi və Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını 2 iyul peşə bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə və rəhbərlik etdiyiniz təşkilatın bütün əməkdaşlarına yeni-yeni uğurlar arzulayıram.
Cənab Nazir!
Qarabağ müharibələrində Azərbaycan Polisi 900-dən artıq şəhid vermiş, onlardan 62-si Milli Qəhrəman adına layiq görülmüş, 400-dən də çox polis qazi olmuşdur.
2023-cü ildə Qarabağda separatizmin kökünün kəsilməsində Azərbaycan Polisi qəhrəmanlıq nümayiş etdirmişdir.
İndiyədək neçə-neçə polis əməkdaşı cinayətkarlıqla mübarizədə xalqımızın əmin-amanlığını, vətənimizin asayişini qorumaq naminə öz şirin canından keçmişdir. Elə sonuncu hadisə, Xəzər rayonunda üç gənc polis əməkdaşı xalqa və dövlətə açılan atəşə sinəsini sipər etmiş və qəhrəmancasına həlak olmuşdur.
Son illər narkotiklərə qarşı polisimizin apardığı mübarizəni də xüsusi qeyd etmək istərdim.
Hazırda azad olmuş torpaqlarda yayın istisində, qışın şaxtasında, qarında Azərbaycan Polisi fədakarlıqla xidmət edir.
Cənab Nazir!
Bir daha Sizi və Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir və dövlətimizin, xalqımızın asayişinin qorunmasında daha böyük uğurlar arzulayıram.
Hörmətlə:
Aqil ABBAS,
Millət vəkili, yazıçı
Digər Xəbərlər

İlham Əliyev və Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar - FOTOLAR

Səhiyyə nazirliyində Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi

36 nömrəli marşrutda nə baş verir?

Liderlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırıldı

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı
