adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyun 2018 15:12
15555
MARAQLI

Təbiətin bu qanunlarını pozsanız...

... həyatınız yolunda getməyəcək. Cümləmizi tamamladıqdan sonra keçəkmətləbə... Hər kəs həyatında hər şeyin yolunda getməsini istər – sevdiyi işi,maaşı, yanında əziz insanları, sağlam səhhəti və s. Amma istəməklə olurmu? Olurəlbəttə, sadəcə istəmək işin yarısıdır, əmələ də keçmək lazımdır. Bir şeyiunutmaq olmaz ki, təbiət bir güzgüdür, ona nəyi tutacaqsansa, o da onu əksetdirəcək. Öncədən Ali Qüvvə tərəfindən proqramlaşdırılmış təbiət öz qanunlarıilə işləyir və təbiətdə mövcud olan bütün canlılar və onun əşrəfi sayılan insanbu qanunlara tabe olmalıdır. Necə ki, qonaq qaldığımız evdə həmin evin vəsahibinin qaydalarına əməl etməli oluruq, olmasaq o qapı bir də üzümüzəaçılmaz. Nəzərə alsaq ki, biz də bu dünyada qonağıq, deməli "evin” və "evsahibi”nin qanunlarına boyun əyməliyik ki, hər şey yolunda getsin. Bu qanunlahansılardır? Teleaparıcılar demiş: "Ekrana yaxın əyləşin”.

* Yenilik istəyirsinizsə, köhnələrdən azad olun

Əgər birotaqlı, şəraitsiz evdə yaşamaq, ömrü tənha başa vurmaq sizəxoşdursa, o başqa. Yox naxoşdursa, köhnələrdən azad olun. İtalyanlar boşuna həril köhnələri balkondan tolazlamırlar. İndi biz balkonun altından keçənləri nəzərəalsaq da, ən azından özümüzü də düşünməliyik. Köhnələrə şkafda yığılıb qalmışillərin paltarlarından tutmuş, yanınızda arzulanmaz adamlara qədər keçərlidir.Təbii, dostun köhnəsi daha etibarlıdır, amma sevgilinin köhnəsi və zayı xəyallarasığışmır. Ağ atlı şahzadə və ya arzuların qadını yanınızdakı, hər gündidişdiyiniz sevgilini görcək, yan keçər. Yeniyə yer açmaq lazımdır.

* Təbiətdən israrla istəyin

Bəzən insan nəyisə dua edib tanrıdan istəyəndə "heç olmasa” və yabuna bənzər azlıq bildirən ifadələrlə arzu və tələblərini kiçildirlər. İstəməkdənqorxmayın. Əgər bunu öz haqqınız hesab edirsinizsə və bu yolda zəhmət çəkirsinizsə,tanrı bu böyük arzunuzu təkəbbür, gözüdoymazlıq kimi qəbul etməz. Mən tanrınınsözçüsü deyiləm, amma bunu həm ilahiyyatçılar həm də psixoloqlar təsdiqləyirlər.Düz yolundan sarpmayan, arzuları yönündə zəhmət çəkən hər kəsin tanrıdan tələbetməyə haqqı var. Qərarsızlıq, qorxu, tənbəllik təbiətin sevmədiyi cəhətlərdir.

* Xəyallarınızı səhnələşdirin

Gələcəkdə özünüzü necə görmək istəyirsinizsə, bunu gözünüz önündəcanlandırın, həm də tez-tez edin ki, təbiət də mesajı alsın, beyin də bunu mənimsəsin.Məsələn, məşhur aktyor olmaz istəyirsinizsə, böyük səhnədə necə çıxışetdiyinizi həm gözünüz önünə gətirin, həm də boş məkanda, lap elə yaxınadamların yanında səhnəyə çıxırmış kimi hərəkət edin, nitq söyləyin. Fikirvermisinizsə, dünyanın hər tərəfindən olan məşhurlar öz keçmişi haqqındadanışanda bunu dəfələrlə etdiklərini gizlətmirlər. Məşhur aktyorlar, müğənnilər,jurnalistlər necə qonum-qonşunun qabağında şou göstərdiklərini, özlərini bunahazırladıqlarını etiraf edirlər.

* Təslim olmayın

Arzulara gedən yol hamar deyil. Kələ-kötür yollarda yıxıla, əzilə bilərsiniz.Bəzən heç qalxmağa əl də uzanmaz. Özünüz qalxmağı, qanınız axa-axa yola davametməyi öyrənin. Yarı yoldan əsla geri dönməyin. Tanrı dönükləri sevmir. Təbiətgüclülərin arxasındadır. Yoruldunuzsa, dincəlin, bir kənara çəkilin. Özünüzütoplayandan sonra yenidən yola davam edin.

* Minnətdar olun

Bax, burda daim bir-birini qıran din və elm adamlarının fikirləriüst-üstə düşür. Hər iki tərəf yekdilliklə təsdiqləyir: şükr edin, minnətdarolun. Allahın verdiyi hər şeyə, hətta ən azına şükr edin ki, davamı gəlsin, həmdə bir insan olaraq etimadınızı sübut edin. Elm adamları da təbiətə minnətdarlığıvacib sayır. Unutmayın ki, şeytan daim vəsvəsədədir. O naşükürlərin sayəsindəmövcudiyyətini min illərdir sürdürür. Şeytanı sevindirməyin, tanrını verən əliniözünüzdən uzaqlaşdırmayın.

Şəfiqə ŞƏFA