TƏBİB sədri iki vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.
Adalet.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Atilla-Turan Nuru oğlu Bayramov həmin şöbənin müdiri təyin edilib.
Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. İlham Həqiqət oğlu Hüseynov Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Elvin Fikrət oğlu Bayramovdur.
Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Adışirin oğlu Mirzəbəyli vəzifəsindən azad edilib. Onun yerinə Elza Rafiq qızı Əfəndiyeva adıçəkilən departamentin rəhbəri təyin olunub.
Digər Xəbərlər
17 Avqust 2026 16:14
Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
17 Avqust 2026 15:45
Ən gənc general-leytenant oldu
17 Avqust 2026 15:39
Ölkəmizə daimi yaşamaq üçün 2 085 nəfər gəlib
17 Avqust 2026 13:23


Bakı -°C

