adalet.az header logo
  • Bakı -°C
17 Avqust 2026 16:30
58
ŞOU-BİZNES
A- A+

Kəmalə Günəşli: “Qazanmaqda artıq ərimi keçmişəm”

Müğənni Kəmalə Günəşli həyat yoldaşı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, sənətçi ərinin qazancı barədə danışmağı çox sevmədiyini bildirib. Buna baxmayaraq, son dövrlərdə maddi baxımdan həyat yoldaşını geridə qoyduğunu etiraf edib.

"Ərim haqqında danışmağı çox sevmirəm. Artıq fərq var, incimə məndən. Mən bir balaca ondan çox pul qazanıram. Dünənə kimi mən populyar olmayanda onun qazancı məndən çox idi. Artıq onu keçmişəm", - deyə Kəmalə Günəşli bildirib.

Müğənninin həyat yoldaşının qazancını geridə qoyması ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun etirafı izləyicilərin marağına səbəb olub və müxtəlif fikirlər bildirilib.