adalet.az header logo
  • Bakı -°C
17 Avqust 2026 15:45
76
GÜNDƏM
A- A+

Ən gənc general-leytenant oldu

Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

Adalet.az xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir.

Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır. Belə ki, ölkəmizdə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb.

Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.