TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”
“Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab olunmur”.
Adalet.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var:
“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab olunmur. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.
TƏBİB sədri, həmçinin, qızılca ilə bağlı valideynlərə çağırış edib:
“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.
Digər Xəbərlər
13 Noyabr 2026 17:53
Polad Həşimovun anasının vəziyyəti necədir?
12 Noyabr 2026 13:41
Mütəmadi olaraq qaragilə yeyin - Səbəbi isə...
11 Noyabr 2026 12:11
Ombudsmandan onkoloji xəstələrin müalicəsi ilə bağlı - TƏKLİF
11 Noyabr 2026 10:49
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11 Noyabr 2026 09:29
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
10 Noyabr 2026 17:17
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
10 Noyabr 2026 09:35
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
10 Noyabr 2026 09:19


Bakı -°C

