TƏBİB-in Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub
Yanvar ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 13 114 zəng daxil olub.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Müraciətlərdən 12 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 70 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciət ilə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in "815" Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
Digər Xəbərlər
10 Fevral 2026 10:16
Səhiyyədə kağızsız dövr: e-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?
09 Fevral 2026 17:31
“Bazarstore” qanvermə aksiyası keçirib - FOTOLAR
09 Fevral 2026 10:34
Jurnalist Sevda Həsənova palataya köçürüldü - Vəziyyəti stabildir
08 Fevral 2026 18:39
Əvvəllər onu çox adam yemirdi
08 Fevral 2026 14:59
Deyirlər ki, bal şəkərə ziyan deyil
08 Fevral 2026 10:04
İftardan sonra həzmi asanlaşdıran möcüzəvi bitki çayları
06 Fevral 2026 11:03
Bakıda 540 qram çəkidə dünyaya gələn körpə xilas edildi
05 Fevral 2026 14:30


Bakı -°C

