Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.
Adalet.az xəbər verir ki, ilk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.
Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır.
Bu cür risklərlə üzləşməmək üçün vətəndaşlara aşağıdakı tövsiyələr olunur:
-borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək;
-bunun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək;
-bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək;
-zərurət olduqda hüquqşünas məsləhəti almaq.
Nəticə olaraq, borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər.
Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır.
Digər Xəbərlər
24 Noyabr 2026 12:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilidi
24 Noyabr 2026 12:08
Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər
24 Noyabr 2026 09:43
“Azərbaycan da bu cür cinayətkar şəbəkələrin fəaliyyəti ilə bağlı risklərlə üzləşə bilər”
24 Noyabr 2026 09:34
Leyla Əliyeva "Torpaq"dan paylaşım edib - VİDEO
23 Noyabr 2026 17:34
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətlərini dinlədi
23 Noyabr 2026 16:00
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
23 Noyabr 2026 15:46
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
23 Noyabr 2026 15:04


Bakı -°C

