TƏBİB-ə rəhbərlik edən şəxs Oqtay Şirəliyevin köməkçisi olub
Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, A.İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Anar İsrafilov mərhum səhiyyə naziri Oqtay Şirəliyevin dövründə nazirin köməkçisi, həmçinin Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

