adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2019 13:26
27842
DÜNYA

Tayland Ali Məhkəməsi myanmarlı iki fəhləyə ölüm hökmü verdi

İki ingilis turistin ölümündə təqsirləndirilən myanmarlı fəhlələr RakxaynZo Lin və Vay Pxyonun məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, 2014-cüildə Tao adasında baş vermiş cinayətdə ingiltərəli evli cütlük olan gənc qadınvə kişi qətlə yetirilib. Ekspertiza nəticəsində qadının öldürülmədən əvvəlzorlandığı da məlum olub.

Həbs olunduqdan sonra cinayəti etiraf edən fəhlələr məhkəmə prosesi zamanıbütün ittihamları rədd edib və polisin təzyiqi ilə cinayəti üstləndiklərinibildiriblər.

Uzanan məhkəmə prosesində DNT analizlərinin aparılması ilə təqsirləndirilənşəxslərin cinayəti törətmələri faktı sübut olunub və məhkəmə hər iki cinayətkarüçün ölüm hökmü verib.

Məhkəmənin qərarı Myanmarda vətəndaşların etirazına səbəb olub. VətəndaşlarMyanmardakı Tayland səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Qeyd edək ki, 1935-ci ildə Talyandcinayət məcəlləsinin qüvvəyə minməsindən sonra ölkədə 326 adam edamedilib. Həmçinin hər il amnistiyalar nəticəsində ölüm hökmünün ömürlük həbs iləəvəzlənməsi halları da olur.

Son 15 ildə isə Taylandda 3 adam edab edilib. İki nəfər 2009-cu ildə, birnəfər isə 2018-ci ildə. Edam növü kimi isə ölümcül inyeksiya istifadə olunur.2003-cü ilə kimi məhkumlar pulemyotdan atəş açılaraq edam olunurdu.

Ulucay Akif