adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Dekabr 2018 10:00
84261
MARAQLI

Tarixi şəxsiyyətlərin məşhur dialoqları

Adalet.azsizə tarixi şəxsiyyətlərinhəyatından hazırcavablığı ilə seçilən dialoqlarını təqdim edir.










Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti olmuşVaşinqton (1732-1799) günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatındakiçik bir kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş vəyedikdən sonra:

- Nə qədər verməliyəm?-dedikdə:

- Yüz dollar!- deyə restoransahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:

- Görünür, sizin yerlərdəyumurta nadir tapılan şeydir!- deyir

- Xeyr cənab, yumurta nadirtapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir!- deyə cavabverir.






Volfqanq Motsart

Bir gənc bəstəkar məşhur almanbəstəkarı Motsarta (1756-1791) müraciət edərək soruşur:

- Simfoniyanı necəyazmaq lazımdır?

- Siz hələ gəncsiniz, yaxşıolardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! - deyə Motsart cavab verir.Gənc bu məsləhətə etiraz edərək deyir:

- Siz özünüz simfoniyanı onyaşına çatmamış yazmağa başlamadınızmı?

- Doğrudur... Ancaq mənsimfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! - deyə cavab verir.









Aleksandr Düma

Aleksandr Düma (1802-1870)xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:

- Vəziyyətiniz ciddidir, sizhər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşməkistədiyiniz biri varmı?

Düma bu sual qarşısında birqədər fikirləşib deyir:

- Əlbəttə!

- Kiminlə görüşmək xəyalınızvar?

- Başqa həkimlə!- deyə cavabverir.







Albert Eynşteyn


Albert Eynşteyn (1879-1955)səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyədaldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:

- Axşam bizə qonaq gəl,professor Stimson da bizdə olacaqdır.

- Stimson elə mən özüməm də!-deyə dostu cavab verdikdə:

- Heç əhəmiyyəti yoxdur. Hərhalda sən gəl!- deyib alim sözündə israr edir.




Makedoniyalı İsgəndər


Makedoniyalı İsgəndər(e.ə.356-323) ölümünün yaxınlaşdığını hiss edib deyir:

- Anama yazın ki, böyük süfrəaçıb bütün aclara doyunca yemək versin. Ancaq yaxın adamı, bir əzizi ölməmişinsanları süfrəyə yaxın qoymasın.

Bu vəziyyətin səbəbinisoruşduqda o, deyir:

- Anam belə edərsə görəcək ki,Yer üzündə əzizi, yaxını ölməmiş adam yoxdur. Buna görə də təskinlik tapıb azqüssə edər.





Volter


Fransız yazıçısı və filosofuVolter (1694-1778) bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərəkevinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:

- Sizinlə Don Kixotunarasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər birkarvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesabedirsiniz!

***

Bir gün Volter bərkxəstələnir. Onun faciəsində oynayacaq istedadsız bir aktyor müəllifin xəstəolduğunu bilməyib yanına gəlir.

- Mənim vəziyyətim ağırdır.Qorxuram sabaha sağ çıxmayam - deyə Volter şikayət etdikdə aktyor çox təəssüflədeyir:

- Bu qədər bərk xəstəsiniz?Axı mən sabah sizin əsərinizdə oynayacağam?!

Volter bunu eşidib yerindənqalxaraq deyir:

- Elə isə artıq mən sabaha sağçıxmaram!



Napoleon Bonapart

Napaleon Bonapartın(1769-1821) boyu balaca idi. Bir gün öz kitabxanasında dolabın yuxarı gözündənkitab götürmək istəyərkən boyu çatmır və bunu görən yavəri irəli gələrək deyir:

- Siz zəhmət çəkməyin, məngötürərəm. Mən sizdən ucayam.

Napaleon onun səhvinidüzəldərək deyir:

- Uzunam demək istəyirdin.







Sokrat

Qədim yunan filosofu Sokrat(e.ə.469-399) haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhərdolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:

-Ərim günahsız olaraq məhvedilir!- dediyini eşidib:

-Yoxsa sən istəyirsən ərinimüqəssir kimi məhv edəydilər?- deyə ona təskinlik verir.




Conatan Svift

Məşhur İrlandiya satirikiSvift (1667-1745) bir səyahət zamanı mehmanxanada qalmalı olur. O, öz nökəriniçağırıb çəkmələrini gətirməyi tapşırdıqda, nökər silinməmiş çəkmələri gətiribona verir. Svift:

- Tom, bu nədir, mənim çəkmələrimsilinməmişdir?- deyə soruşduqda:

- Gəzməyə gedəcəyinizi nəzərə alıbsilmədim. Onsuz da toza batacaq yenə.

- Yaxşı-yaxşı... elə isəhazırlaş, sən də mənimlə gəzməyə gedək.

- Axı mən hələ xörəkyeməmişəm, acam!- dedikdə

- Nə fərqi var, onsuz da yenəacacaqsan!- deyib Svift nökərini utandırır.





Qasım bəy Zakir

Qasım bəy Zakir (1784-1857)bir gün şair Cəfərqulu xan Vəfanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarınınyoxa çıxdığını görüb bu misraları deyir:

Bəylər nə layiqdi xanqulluğuna,

Bir kəs atlı gedib, piyadəgələ?

İldə bir yol düşür mənimgüzarım,

Vay onun halına ziyadə gələ!...