Şəlalə Camal:Səni nə qədər sevim?
Səni nə qədər sevim?
Gözümün yaşı qədər?..
Axıb tükənər o yaş –
Bəs yetərmi bu qədər?
Ya coşqun dəniz qədər?..
Dalğalanar, çırpılar –
Amma durulub susar…
Sən susarsanmı heç?
Bəlkə sahilə çırpılan
Ləpələr qədər sevim?
Hər gəlişdə iz salar,
Hər gedişdə silinər…
Sənin izlərin qalar?
Söylə, görüm, bəs edər
Danışdığım qədər sevmək?..
Yoxsa daha doğmadır –
Susduğum qədər sevim?
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

