«Tanrının göz yaşları»
Bu gün Azərbaycan oxucusunun diqqət mərkəzində olan mövzulardan biri də 44 günlük Böyük Vətən müharibəmizdir. Bu mövzu təkcə publisistlərin, senaristlərin deyil, həm də yazıçıların, şairlərin də üz tutduğu, ilham aldığı bir ünvandır. Necə deyərlər, hər kəs öz istedadına, bədii təfəkkürünə söykənib bu mövzu ətrafında gəzişmələr edir, yəni söz sərvətimizi daha da zənginləşdirir. Təbii ki, yazılan bütün nümunələr müəlliflərin imkanları səviyyəsindədi. Və oxucu da öz müəllifini məhz həmin imkanlar səviyyəsində seçib dəyərləndirir.
Bu günün ədəbiyyat adamlarından olan yazıçı-publisist Qafar Cəfərli də Qarabağ müharibəmizə, xüsusilə onun 44 günlük böyük Zəfərinə biganə qalmayıb. Hadisələrin inkişafı fonunda yaşanan hisslərin, duyğuların söz variantında o da bir qələm adamı olaraq ortaya tutarlı bir əsər qoyubdur. «Tanrının göz yaşlaarı» adlanan bu roman yazıçı-publisistin Müzəffər Ordumuzun Zəfərinə, onun rəşadətinə və xüsusilə kəşfiyyatçıların xidmətinə ithaf olunub. Romanda sərgilənən məqamlar bir xalqın, onun yurd nisgilli sakininin, şəhid ailəsinin, qazinin, döyüşçünün obrazları ilə cilalanıb. Əsəri oxuduqca müəllifin bu mövzuya isti-isti, yəni zamanını ötürmədən münasibət bildirməsi şəxsən bir oxucu kimi məni sevindirdi.
Doğrudur, biz hadisələrin şahidiyik, amma hər birimizin öz baxış bucağımız, öz yanaşmağımız var. Qələm dostum Qafar Cəfərli də bu romanında bizlərə təqdim etdiyi səhnələrlə, dialoqlarla təkcə eşitdiyini, yaşadığını, apardığı müşahidələri deyil, həm də yazıçı, vətəndaş mövqeyini də romana köçürə bilibdi. Ona görə də mənə görə əsər oxunaqlı, uğurlu alınıb.
Düşünürəm ki, Vətən müharibəsi tariximizə həsr olunmuş «Tanrının göz yaşları» romanı öz oxucusunu tapacaqdır. Müəllifə isə bir dost, bir həmkar, bir oxucu sevgisi ilə uğurlar diləyirəm.
Əbülfət MƏDƏTOĞLU
Digər Xəbərlər
23 Mart 2026 15:28
İşıqlı və iynəli şeirlər müəllifi Seyran Səxavət haqında - Sona Vəliyeva yazır
23 Mart 2026 15:24
De,necə olacaq sonu Dünyanın?
21 Mart 2026 10:53
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
19 Mart 2026 10:52
Vətəndaş cəmiyyətinin məsuliyyəti və humanitar diplomatiya
19 Mart 2026 10:52
HƏYATIN SINAQLARI VƏ İNSANIN KAMİLLƏŞMƏSİ - Sevil Azadqızı yazır
19 Mart 2026 10:31
Əbülfət Mədətoğlu: Bu gün atamla ayrılığımın 8 ili tamam oldu...
19 Mart 2026 09:05
“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu
18 Mart 2026 18:23


Bakı -°C

