adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Mart 2018 14:48
23280
MARAQLI

Tanrı varmı? - İnanmaq üçün səbəblər (2-ci hissə)

Əvvəli burada


3. "Təsadüf” dedikləri şey açıqlama üçünkifayət deyil.

Efesxarabalıqlarına, ya da Dolmabaxça sarayına baxdıqda bu əsərlərin təsadüfiyarandığını düşünürsünüzmü? Sərhədsiz zaman, külək və yağış yağsa belə təbiətbu əsərləri təsadüf nəticəsində əmələ gətirə bilməz. Biz bu əsərlərə baxdıqdaistər-istəməz  onların planlaşdırılmış şəkildəvə ustalıqla yaradıldığını düşünürük.

AstronomFredrix Hoyl amino asit vitaminlərinin insan hüceyrələrində təsadüfən bir yerəyığıldığı iddiasının riyazi cəhətdən gülün olduğunu ortaya qoydu.

Kainatınvə bizim həyatımızın qarmaqarışıqlığını düşünəndə ehtiyacımız olan hər şeyiyaradan sevgi dolu və ağıllı bir Yaradıcını qəbul etməyə məcbur oluruq. Müqəddəskitab onu Tanrı deyə bizə təqdim edir.

 

4. İnsanlığın sahib olduğu səhv və doğru təbiihisslərinin bioloji izahı yoxdur. (vicdan)

Hamımızın içində dünyəvi birdoğru və yalnış hisslər var. Oğru belə kimsə ondan nəsə oğurladıqda özününhaqsızlığa uğradığını düşünür. Yaxud da ailəsinin əlindən güclə alınan və təcavüzedilən balaca qız uşağını görəndə ona qarşı bu əməli törədənlərə qarşı içimizdəbir nifrət, hirs oyanır. Yaxşı, bəs, içimizdəki bu ədalət duyğusunu hardan əldəelədik?

Cəsarət, kiminçünsə özünü fədaetmək, sevgi, mərhəmət, vəzifəyə sədaqət, bütün bu hisslər hardan qaynaqlanır?Əgər bütün insanlar bir-birindən  fizikiüstünlüklərinə görə fərqlənirsə, güclü olan həyatda qalırsa, bəs, yaxşı, niyəözümüzü başqasına görə əda edirik? Bunları bizə bəxş edən yalnız Yaradan olabilər.

 

5.Tanrı özünü sadəcə, təbiətdə və insane həyatında göstərmədi. O, özünü həm dəmüqəddəs kitabda insanlara göstərdi.

Tanrının düşüncələri,xüsusiyyətləri və davranışları sadəcə, Tanrı onlara görünmək istəyərsə bilə bilərlər.Əgər Tanrı varlığını bizə göstərmək istəməsə hamımız itərik. Amma Tanrı onutanımağımızı istəyir. Müqəddəs kitab (Zəbur) onun xarakterini və onunla əlaqəyaratmağımız üçün nə etməyimizi açıqlayır. Bu müqəddəs kitabın etibarlılığınıartırır.

Arxeoloji kəşflər müqəddəskitabın yanlışlığını yox, doğruluğunu sübut etməyə davam edir. Məsələn, 1993-ünavqust ayında Şimali İsraildə aparılan arxeoloji kəşf Məzmurların yazarı KralDavudun varlığını sübut edib. Bu və digər kəşflər müqəddəs kitabın tarixinin dərinolduğunu sübut edir.

 

Müqəddəs kitab 1600 illik zaman ərzində40 fərqli yazar tərəfindən üç qitədə (Asiya, Afrika və Avropa) qələmə alınıb.Buna rəğmən verdiyi mesajda şok edici bir tutarlılıq var. Müqəddəs kitabboyunca bircə mesaj verilir:

1. Tanrıbizim içində yaşadığımız dünyanı onunla bir əlaqəyə sahib olmağımız üçünyaratdı.

2. Tanrıbizi çox sevir.

3. Tanrımüqəddəsdir və bu səbəbdən günahkar insanlarla əlaqədə olmaz.

4. Tanrıgünahlarımızın bağışlanması üçün bizə yollar göstərdi.

5. Ondanbağışlanmaq diləməyimizi vəonunla sonsuzadək davam edən bir əlaqəyəbaşlamağımızı istədi.

 

Müqəddəs kitab  Tanrınınxarakterini göstərir.

 

Zəbur, Məzmur145:

 

"EyTanrım, ey Kral, səni ucaldacağam, adını sonsuzadək böyük biləcəyəm. Səni hərgün tərifləyəcəyəm. RAB böyükdür, yalnız o tərifə layiqdir. Ağlasığmazböyüklüyünə. Etdiklərin qurşaqdan qurşağa şükrlə yad ediləcək. Güclü işlərinhamıya çatdırılacaq. RAB lütfkardır, seviləndir. Bütün canlılar sənin varlığınatərfilər yağdırsın!”.

 

6. İsa Məsih Tanrının ən aydın rəsmidir.

Bəs, nəüçün İsa Məsih? Dünya dinlərinə baxanda Buddanı, Məhəmmədi, Konfutsini vəMusanı görürük. Bu adamlar özlərini ya müəllim, ya da peyğəmbər kimitanıdıblar. Bu adamlardan heç biri Tanrı olduğunu iddia eləməyib. İsa insanlarıtəəccübləndirərək Tanrı olduğunu iddia eləmişdi. İsanı başqalarından fərqləndirəndə elə budur. İsa deyirdi: Tanrı var və siz də ona baxırsınız. Atası haqqındadanışmışdı, ancaq bu ayrılığa işarə etmirdi, bütün insanlıqdan fərqli olanbirliyi ifadə edirdi. İsa "Məni görən məni göndərəni də görür, mənə inanan,ataya da inanır” demişdi.

Yuhanna 8/12. İsa yenə xalqa səslənibdedi: Mən dünyanın işığıyam, mənim arxamca gələnlər heç vaxt qaranlıqdaqalmazlar, həyat verən işığa sahib çıxarlar.

İsa başqalarından fərqli olaraqinsanların diqqətinin özünə cəmlənməyini istədi. "Mənim sözlərimi eşit, həqiqətitapacaqsan” demədi. Yuhanna 14/6 – İsa ona "Yol, həqiqət və həyat mənəm, mənəinanmadan ataya heç kim çata bilməz” dedi.

İsa Məsih Tanrı olmaq iddiasını necə təsdiqləmişdi?

O, digərinsanların edə bilməyəcəyi şeyləri elədi, yəni möcüzələr göstərdiş. Korlarıngözünə işıq verdi, hətta ölüləri belə diriltdi. Gölün üzərində gəzdi, tələbələriüçün fırtınanı dayandırdı. İnsanlar hər yerdə onu izləyirdilər. Çünki İsaonların ehtiyaclarını təmin elədi, möcüzələr göstərdi. İnsanlardan sözlərinəinanmasalar belə möcüzələrini inanmaqlarını istədi.

Ardıvar...


Kampusweb.com saytından Azərbaycan dilinə çevirdi: Emin Akif