adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Oktyabr 2019 11:36
22211
ƏDƏBİYYAT

TANRI OLMAQ - Şahnaz Şahin yazır

Bax, həmişə belə olur,işi yarım qoyub gedirik,əldəimkan da var vaxt da,amma sabahlara saxlayırıq..Sabah da ki,nə çox,amma gələ dəbilər,gəlməyə də...Bu dəfə SƏMİMİLİKdən yazacam,sizə də söz verirəm ki,səmimiolacam,həmişəki kimi.Amma oxuyandan sonra bunun cavabını sizdən eşitmək istərdim,görümsiz nə qədər səmimi oldunuz...

Bəs görək nədir bu səmimilik!?

....Səmimilik,şəxsiyyətin özünü necə varsa elə,yəniəsl üzünü gizlətmədən qarşısındakı adama təqdim etməsidir.Səmimiliyi təqlid etməkmümkün deyil,çünki baxışlar,danışıq tərzi,üzün mimik ifadələri açacaq sandığı,tökəcək pambığı!..Səmimilik dəbir ibadətdir,zikrdir,imandır..Yaradan hər nə varsa səmimiliyin içərisindəehtiva etmişdir.Təvazökarlıq,dürüstlük,həqiqətə əyilmək,səmimiliyin göstəriciləridir...Səmimilikinsanı bir çox pisliklərdən çəkindirir,o böyük qüvvədir və insana birbaşa təsirgöstərir..

TibbUniversitetinin subardinasiya səviyyəsində idik,yəni 6-cı kursu bitirirdik,səhvetmirəmsə iyul ayı idi,bir aydan sonra internatura başlayacaq və biz gənc həkimlərsərbəst işləyəcəkdik.Düzdür,ümumi rəhbərimiz olacaqdı,amma xəstə-həkim təması,münasibətitam özümüzlükdü..Birbaşa qəbul,müayinə,müalicə üçün təyinat verilməsi,reseptyazılması bizim kursu necə başa vurduğumuzun göstəricisiolacaqdı..Yadımdadı,Q.Qarayev adına Uşaq Xəstəlikləri xəstəxanasında songünümüz idi.Dərslər bitdi və biz elə ixtisas dərsi keçən həkim-müəllimimizlə(heyifadı yadımda deyil..)xəstəxananın həyətinə toplaşdıq.Yadigar şəkillər çəkdirdik,şirinsöhbətlər elədik,kim bilir bir də üz-üzə gələıcəkdikmi...

Tədris boyu bizimlə dostlaşan,ana bala münasibətiyaradan xanım həkim bizə uğurlar dilədi və sonda məsləhət verməyi dəunutmadı...dedi:

-Siz artıq həkimsiniz,az vaxtdan sonra hərəniz biryerdə işə başlayacaqsız.Çox müxtəlif insanlarla üz-üzə gələcək,fərqli xarakterlərəşahid olacaqsız.Heç vaxt xəstə yiyəsinin sözünə aldanmayın,işinizi,xəstəyəmünasibətinizi ona görə qurmayın!Xəstənin adamı canı yanğılı olur,adama nə desənsöz verir,inanmayın..Mənim adıma kənddə ağaca quzu bağlanıb böyüyüb qoçolub,amma sonda həmin adam xəstəsini gecə yarısı üçüncü mərtəbədən qaçırıbaparıb..Gözünüzü,nəfsinizi tox saxlayın,düzdür həkimə işi müqabilində hədiyyəfalan verilə bilər,bu tarixən olub,amma sənətinizi qoruyun,onu uca tutun,xəstəyəsəmimi yanaşıb lazım olduğu müalicəni edin...Bəri başdan zirək və fəndgir tərpənibözünü şirin satmaqla sizi aldatmaq istəyənlərəinanmayın,ummaq sonra adama əzab verir!..

Bu deyilənlər tam mənim xarakterimə uyğunidi,qulağımda da sırğa oldu.Və işlədiyim illərdə buna dəfələrlə şahid oldum!..Xəstəsini"aqoniya”,yəni ölüm ayağında xəstəxanaya və çox zaman vaxtlı-vaxtsız evimə çatdıran bəzi valideyn və xəstənin qohum əqrabasıdönə-dönə yanıma gəlir və sanki vədləri ilə bəhsə girirdilər...Mənsə təbiiki,öz ampulamda idim!

SÖZ-Allahın insandan əvvəl yaratdığı canlıdır,onu öldürən də,dirisaxlayan da biz insanlardır.Hamı bir-birindən səmimilik umur,amma özü necə səmimidirmi!?Hamıdigərini qeyri səmimilikdə qınayır, bəs özü nə qədər səmimi olur!?

Sözlə hisslərimizibildirir,fikrimizi çatdırır,ünsiyyət yaradırıq.,bəs qədrini bilirikmi?Təsəvvüredin ki,iraq olsun nitq qabiliyyətinizi itirmisiz,vəziyyətinizi təsvir edə bilərsiz?!Ağırolar,çox ağır..Anam deyərdi ki,haran ağrısa canın orda olur!Bir yazıçı dostum vardı,qəfildənudmaq aktını itirdi,adam neçə gündə bir yol bircə qurtum su,yarım fincan çayiçib,para peçenye yeyə biləndə Allaha saysız şükürlər edirdi!..Elə bu dərdlə dədünyası qaraldı...(Allah rəhmət eləsin..)

Heç söz verdiyiniz olubmu? Bəs sözünüzütutmusunuzmu?Tutmamısınızsa havadafırlanan,sahibsiz,yiyəsiz qoyduğunuz sözünüzə sahib çıxın,yiyə durun,nə qədərki,gec deyil...Siz onu unuda bilərsiniz,amma o qətiyyən!Yeri düşdükcə gözünüzəgörünəcək,yuxunuza girəcək,çəkdirdiyinizi çəkdirməyincə sizdən əl çəkməyəcək..,inanın!Bəsnə bilmişdiniz!!..Tanrı dünyanı "ol” kəlməsilə yaratmadımı?!Yaratdıqlarına məlumvədlərdə bulunmadımı?!..Sözünü tutmadımı..!?..Ondan-Yaradandan nümunə götürün və...Tanrıolun !

Adamlara yuva qurmağı,

Quşlara uçmağı öyrətdik...

Adamlar uçmağa həris...

Ağaclar yarpaq-yarpaq seyrəlir,

Dünya adam-adam azalır..

Belə gəlir payız...

Dam-dam uçub dağıldı bu kənd,

Küçə-küçə azaldı..

Səssiz..hoysuz...

Dava-dava oyunuyla başladıq müharibələri,

Oyuncaq güllələrdən öldü

uşaqlığımız...

Sevdik..,qınandıq...

Anlaşılmadıq..

Heyif,bu dünyada quş olmadıq..

Qapımı bir gəlişinə taybatay açdıqlarım oldu,yolunaürək qoyduqlarım..Necəsiniz?.Bəhanələrə sığınanlar,arxayın olun,mən dərsimiçoxdan almışam...Sizə başdan inanmadım...

Ps."Budağındanşübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən..!”..Paulo Koelyo