adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Avqust 2019 16:08
16738
ƏDƏBİYYAT

TANINMIŞ ŞAİRİN YENI SÖZ SOVQATI

Ötən əsrin altmışıncı illərinin sonlarınayaxın çeşidli qəzet-jurnal və ədəbi almanaxlarda dərc olunan şeirləri iləimzasını tanıdıb, 1980-ci ildə "Gənclik” nəşriyatında işıq üzü görən "Sənisoraqlaram” adlı ilk şeirlər kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxanşair-publisist İsmayıl İmanzadənin bu günlərdə "Mütərcim” nəşriyyatında ikicildlik "Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxmışdır.

Yeri gəlmişkən qeyd edək ki, şairin sovetlərdönəmində "Gənclik” və "Yazıçı”

nəşriyyatındaişıq üzü görən dörd kitabı,- o cümlədənsonrakı vaxtlada nəşr edilən əsərləri ədəbi ictimaiyyət tərəfindən rəğbətləqarşılanmış, ömrü boyu əyalətdə yaşayan şairin yaradıcılığına yüksək qiymətverilmişdir.

Müəllifin "Seçilmiş əsərləri”nin birincicildində müxtəlif illərdə yazdığı şeir və poemaları, satik məzmunlu şeir, həcvvə bədahətən deyimlərindən nümunələr yer almışdır.

Doğmaata yurdu Cəbrayıl rayonu, dünyaya gözaçdığı Böyük Mərcanlı kəndi düşmənlər tərəfindən işğal olunandan sonra müvəqqətiolaraq Mingəçevir şəhərində məskunlaşan, son iyirmi ildən bəri fəaliyyət göstərənAzərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə rəhbərlik etməklə, şəhərdəvə ətraf bölgələrdə ədəbi aləmin formalaşmasında pay sahibi olan və ədəbiproseslərə fəal surətdə qoşulan şairin nəfis şəkildə oxuculara təqdim edilən bukitabı onun yaradıcılığı haqqında geniş təəssürat yaradır.

Görkəmli ədəbiyyatşünas alim, filologiyaelmləri doktoru Rüstəm Kamalın "Eviniaxtaran səsin sözü” başlıqlı ön sözü ilə təqdim edilən kitabda Vətən sevgisi, itirilmiş torpaqlarımızıntimsalında Qarabağ yanğısı, əzəli-əbədi məhəbbət motivləri, günümüzünağrı-acıları və ana təbiətin gözəllikləri ilə yoğrulmuş şeir və poemalarışairin iç dünyasının aynası hesab etmək olar.

Ədəbi ictimaiyyətin sadə-səmimi insan vəistedadlı söz adamı kimi dəyər verdikləri İsmayıl İmanzadənin insanlara nəcibhisslər aşılayan kitabı ilə tanış olanlar heç şübhəsiz ki, onun növbətiaddımını bir daha təqdir edəcəklər.

Xatırladaq ki, müəllifin hazırda çapprosesində olan "Seçilmiş əsərlərinin ikinci cildində povest, hekayə, səhnə əsərlərivə uşaqlar üçün yazdığı şeirlər yer almışdır.

Sonda sayca iyirmi altıncı olan yenikitabının nəşrinə görə şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurlarıarzulayırıq.