adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2019 20:59
80706
MÜSAHİBƏ

Tanınmış futbol jurnalisti: “Qurban Qurbanov çox böyük səhv etmişdi...” – MÜSAHİBƏ

Adalet.az Sportfm.azsaytının baş redaktoru, tanınmış futbol jurnalisti Araz Əhmədovla müsahibəni təqdimedir.


- Borçalı elindənsiz...Atanız da şair Allahverdi Təkləli...

- Mən Borçalı mahalının ulu sözyurdlarından biri kimi tanınan Təhlədənəm. Atam dediyiniz kimi, şairdir,hazırda GürcüstanYazıçılar Birliyinin (GYB) nəzdində fəaliyyət göstərən Azərbaycan bölməsinin rəhbəridir.


-1998- ildənidman jurnalistikasındasız. Bu sahəyə marağınız necə yarandı? Axı çox vaxtşairin oğlu da şair olur. Bizdə bu hallarla tez-tez rastlaşmışıq...

- Uşaqlıqdan futbolundəlisi idim. Bu idman növünü mənə əmim Ziyadxan Əhmədov (vaxtilə "Kəpəz”də çıxışedib) və Diyeqo Maradona sevdirib. Həyətdə-bacada yumru nə görürdümsə, top əvəzitəpikləyirdim. Ancaq kəndimizdə futbola getmək imkanım olmadığı üçün sehrli topoyununa olan sevgim ürəyimdə qaldı. Bostandərə (Rustavi) və ya Tiflisə getməyəisə imkan yox idi. Yaxşı yadımdadır, 1990-cı ildəki dünya çempionatının finalmatçı oynanan günü kəndimizdə işıqlar sönmüşdü. Atam məni də götürüb Bostandərədəyaşayan yaxın qohumumuzun evinə apardı. Almaniya-Argentina finalını,Maradonanın uduzmasını orda seyr etdim.


- Maraqlıdır. Necəqalıb o anlar yaddaşınızda?

- Argentina finalda məğlub olanda o qədərağlamışdım ki...1996-cı ildə "Xəzər Universiteti”nə qəbul oldum. Həmin dövrdəbu təhsil ocağının futbol komandası yaradılmışdı. Mən də həmin komandanınsıralarına qoşuldum. Həvəskarlar Liqasında mübarizə aparırdıq. "Vasmoy”da"rezinovı polya” deyilən yerdə məşq edirdik. Komandanın üzvləri universitetdə təhsilalan tələbələr idi. Sonradan yavaş-yavaş peşəkarlaşmağa doğru addımlar atıldı. "XəzərUniversiteti”nin rektoru Hamlet İsaxanlının futbola çox böyük marağı vardı.Universitetdə hər kəs komandanın oyunları, nəticələri ilə maraqlanırdı. Mən isəonlara bu xəbərləri də çatdırırdım. Orda "Xəzər Xəbər” adlı jurnal dərcedilirdi. Mənə jurnalistikadan dərs deyən Knyaz Aslan və Razim Məmmədli futbolaolan marağımı görüb, həmin jurnalın idman səhifəsini hazırlamağı məsləhətgördülər. İlk dəfə yazım jurnalda gedəndə çox həyəcanlı idim, yaxşı yadımdadır,Razim müəllim "Xəzər Xəbər”in yeni çapdan çıxan sayı ilə otağa daxil olandayerimdə otura bilmirdim. Beynimdə min fikir dolaşırıdı. Fikirləşirdim ki, birdəndeyər ki, pis alınıb, sənlik deyil, daha yazma. Ancaq tam əksi oldu (gülür).Razim müəllim məni löhvə qarşısına dəvət etdi, qrup yoldaşlarıma yazını göstərərəktəriflədi və təbrik etdi. Beləliklə, mən jurnalistikada ilk addımımı atdım.


- Sizidaha çox AzTv-nin idman xəbərlərindən tanıdıq. Hazırkı AzTv-nin idman xəbərlərisizi qane edirmi?

- Mən qəzetdə çalışdığım dönəmdə tez-tez Elnur Əşrəfoğluilə görüşürdüm. Elə AzTv-yə də məni o dəvət etdi. İdman redaksiyasında çalışmağabaşladım. Onun üzərimdə əziyyəti çoxdur. Bir müddət sonra idman xəbərlərininaparıcısı oldum. Dövlət televiziyası böyük məktəbdir. Orda çox şey öyrəndim.Altay Əliyev, Fikrət Adıgözəlli, Rəşad Rafiqoğlu, Siyavuş Əliyev, Elnur Məmmədli,Sənan Məhərrəmov kimi bu sahədə sözünü demiş jurnalistlərlə birgə çalışdım.Hazırda AzTv-də, İdman Azərbaycanda işinin peşəkarı olan idman jurnalistləri fəaliyyətgöstərir. İdman xəbərlərini də bəyənirəm. Redaktor işi görsənir.


- Sizcə, Azərbaycanfutbolunda inkişaf üçün nələr çatmır?

- Bu mövzuda danışmağa başlasam, aylarla bitirəbilmərəm. Çatışmayan çox şey var. Peşəkar mütəxəssislər, yaxşı bazalar, təşkilatiişləri bacaran savadlı kadrlar, menecerlər, skautlar. Uşaq futbolumuzun hazırkıdurumuna baxıb ölkə futboluna qiymət vermək olar. Azərbaycanda istedadlıuşaqlar həddindən artıq çoxdur, sadəcə onları üzə çıxara biləcək şərait vəmühit mövcud deyil. Biz batıb qalmışıq. 20-30 ildir yerimizdə sayırıq.


- Qurban Qurbanovunmillidən getməyinə münasibətiniz necədi?

- Qurban Qurbanov milliyə gəlməklə çox böyük səhvetmişdi. Bunu dəfələrlə demişəm. Adam Valeri Lobanovskinin, Fatih Teriminbacarmadığını etmək istədi. Həm klubda, həm də millidə paralel şəkildə uğurlaçalışmaq mümkün deyil. Amma Qurbanov buna getdi. Uğursuz nəticələrdən sonra isəölkəmizdə futbolun səviyyəsinin olmadığını önə sürdü. Bəyəm, Qurban Qurbanovbilmirdi ki, Azərbaycanda futbolun səviyyəsi nə yerdədi? Mən görürəm ki, mənəverilən evin fundamenti yoxdur, güclü külək olsa başıma uçacaq, o evdə giribnecə yaşaya bilərəm? Elə götürək Qurbanovun 11 ildir çalışdığı "Qarabağ”ınfutbol akademiyasını, bu günə qədər Avropa səviyyəsində hansı futbolçunuyetişdiriblər? Özündə yoxdursa, başqalarında necə axtara bilərsən? Suallarçoxdur. Mütəxəssisin istefaya göndərildiyi xəbəri də düzgün deyil, Qurbanov özügetmək istədi. Əslində isə heç gəlməməliydi. Mən yuxarıda sadaladığım məsələlərəgörə, millidə olanda daim onu tənqid edirdim.


Sizcə, millimiznə vaxt Avropa və ya Dünya çempionatlarının final mərhələsinə çıxa bilər?

- Millətlər Liqasının bizim kimi zəif yığmalaraşans yaratdığını düşünürdük, ancaq göründü ki, biz burdada çoxlarından geriqalırıq. Demək ki, problemin kökü çox dərinlərə gedib çıxır. Araşdıranda məlumolur ki, məsələnin bünövrəsi 5-6 yaşında futbola başlayan uşaqların məşq etdiyimeydançalardadır. Ordan başlamaq lazımdır. Yoxsa, alınan deyil. Bəlkə uşaqfutbolundakı problemləri nisbətən aradan qaldıra bilsək, 20-30 ildən sonra nəyəsəümid edə bilərik.


- Ölkəçempionatının oyunlarında niyə stadionlar boş qalır? Niyə bizim liqamızın səviyyəsiaşağıdır?

- Bəziləri stadionların boş qalmasını əhalininmaddi vəziyyətinin aşağı olmasına bağlayır. Bu qətiyyən belə deyil. 90-cı illərdəbəyəm yaxşı yaşayırdıq? Amma azarkeşlər stadionlara gəlirdi. Küsdürüblər,insanları futboldan küsdürüblər, biletlər pulsuz olsa da stadiona gəlmək istəmirlər.Hamımız yığışmışıq Bakıya, futbol istəyirik. Bölgə komandaları yoxdur. Gəncəyox, Tovuz yox, Şəmkir yox, Lənkəran yox, azarkeş necə olsun? Azərbaycançempionatının səviyyəsi də get-gedə düşməyə başlayacaq. Futbolçu yoxdur,yetişmir. Xaricdən gətirilən isə lazımsız materialdır. Elə götürək "Qarabağ”ıntransfer etdiyi islandiyalı qolkiperHannes Halldorssonu. Adamı Lionel Messinin penaltisini dəf etdiyi üçüntransfer etdilər. Bir neçə qarşılaşmadan sonra məlum oldu ki, bu heç qapıda əməlli-başlıdayana bilmirmiş.


- Azərbaycantelevizyasında yayımlanan futbol proqramları sizi nə dərəcədə qane edir?

- Dəyişikliyə, yeniliklər etməyə hər zaman ehtiyacvar. Bu gün idman jurnalistikamızın səviyyəsi futbolumuzun səviyyəsindənqat-qat üstündür. Artıq rəngarəng verilişlər də yayımlanır. Bu sahədə irəliləyişhiss olunur. Vallah proqram hazırlayanların işləri çox çətindir. Adam birdənoturub düşünür ki, kimi çəksin, nəyi efirə versin? Yoxdur axı.


- Sizin sahənizəiki yolla gəlirlər: bu peşənin romantikasıyla gələnlər və sadəcə gələnlər. Sualımsabelədir: seçdiyiniz sahə sizi dolandıra bilirmi?

- Bu gün Azərbaycanda əsl jurnalistika ilə dolananadam tapmaq mümkün deyil. Bu sahəyə gələnlər üç tip insanlardır – entuziastlar,məşhurlaşmaq fikrinə düşənlər və pul qazanmaq istəyənlər. Sonuncular bir müddətsonra ortada heç nəyin olmadığını görüb bu sahədən uzaqlaşırlar. İkincilərin içərisindəistəyinə çatan az-çox adam olur. Qalır birincilər. Bu işin yükünü də onlar çəkirlər.Tək idman jurnalistikası ilə indiki zəmanədə ailəni dolandırmaq mümkün deyil. Təəssüflərolsun ki, bu acı reallıqdır. Mən müxtəlif idman tədbirlərində aparıcılıq edirəm,həmçinin ictimai-siyasi saytlarda fərqli mövzularda yazılarım da dərc olunur.


- AFFA-nın fəaliyyətindənrazısız?

- Dünya reytinqində ilk yüzlüyə düşə bilməyən ölkəninfutbol federasiyasının işindən necə razı olmaq olar?


- Vaxtı iləmaraqlı futbol şərhçilərimiz vardı: Asif Bağırov, Doktor Ziya, İlqarMikayıloğlu. Hazırda isə tək-tük yaxşı şərhçilər qalıb. Şərhçiləri sosial şəbəkələrdəçox vaxt tənqid edirlər. Sizcə, hazırkı şərhçilərdə əsas problem nədir?

- Tənqid hər zaman olacaq, bunu normal qəbul etməklazımdır. Ola bilər ki, mənim xoşuma gələn şərhçi kiminsə könlüncə deyil.İndinin özündə də yaxşı şərhçilər var. Müstəqillik dönəmində yetişən AltayƏliyevin yeri bir başqa idi. O, Azərbaycan futbol şərhçiliyinə yeni tərz gətirəbilmişdi, seçilirdi. Ona görə də, bu gün də Altayın şərhi yaddaşlarda qalıb. İndikişərhçilərin bəziləri oyunları əslində öz bildikləri kimi şərh etsələr dahamaraqlı olar. Başqasına bənzəmək lazım deyil, o zaman tamaşaçının gözündə adiləşirsən.Öz stilin olmalıdı, bunu şərhçinin özü formalaşdırmalıdı.


- Dünyada ənçox bəyəndiyiniz futbol spikeri kimdir?

- Mən türkiyəli Ercan Tanerin vurğunuyam. Onun səsi,diksiyası, epizoda reaksiyası mükəmməldir. Bəzi rusiyalı şərhçiləri də bəyənirəm,ancaq Ercan bir nömrədir.


- Araz bəy,bir az da dünya futbolundan danışaq. Mənə görə dünya futbolu artıqburjuaziyanın əllərindədir, gün keçdikcə çirklənir. Bir futbolçunun qiyməti 220milyon olarmı?

- Ümumiyyətlə, futbolun bu günü bizləri onun sabahıüçün qorxuya salır. Müasir futbola yön verən müxtəlif hadisələr var. Onlardanbiri Bosman qanunu idi. Bəzilərinə görə 1995-ci ilin 15dekabrı nəhayət ki, futbolçuların azadlıq əldə etdiyi gündür. Digərlərinə görəisə futbolun idman olmaqdan çıxıb, biznesə çevrildiyi tarixdir. İstənilən kəskindəyişiklikdə olduğu kimi, əslində həqiqət, bu iki mövqeyin ortasında yerləşir.Bir şeyi mübahisəsiz qəbul etməliyik ki, köhnə sistemin dəyişilməsi artıq şərtidi. Həmin ərəfədən başlayaraq, Avropa futbolu çoxeroziyaya uğradı. Düzdür, futbolda böyük pulların dövr etməsinin qarşısınıalmaq üçün müəyyən tədbirlər görülür. Ancaq bunlar yetərli deyil. Düşünürəm ki,220 milyon rəqəmi çox yerində qalmayacaq. Çünki bu sahə bizdən fərqli olaraq,dünyada böyük gəlir mənbəyidir.


- Türkfutbolu da hazırda enişdədir. Sizcə bunların səbəbləri nələrdir?

- Türk futbolunun yüksəliş dövrü 90-cı illərinsonu, 2000-ci illərin əvvəllərinə təsadüf etdi. Bu təsadüfi deyildi. Çünki80-ci illərin ortalarından başlayaraq, türk futboluna böyük pullar yatırıldı,xarici mütəxəssislər dəvət edildi. Türkiyə futbolu bunun bəhrəsini gördü.2002-ci ildə keçirilən dünya çempionatından sonra isə türk futbolu tənəzzüldövrünə qədəm qoydu, bu hələ də davam edir. Türklər düşündü ki, "Qalatasaray”UEFA Kubokunu qazanıb, yığmaları dünya üçüncüsü olub, bu belə də davam edəcək.Xeyr, ona görə ki, həmin dönəmdə uşaq futbolu yaddan çıxdı. Hamı bahalı transferləretməyə, adlı-sanlı məşqçiləri cəlb etməyə çalışırdı. Və türk futbolu bir dönəmgeri düşdü. Hazırda yenidən ayılıblar, uşaq futbolu yadlarınadüşüb. Nəticənin olması üçün isə gözləməli olacaqlar.


Söhbətləşdi: Oğuz Ayvaz