adalet.az header logo
  • Bakı 21°C
22 Mart 2023 11:00
769
ŞOU-BİZNES

Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb

Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl vergidən yayınma maddəsi ilə cinayət işi başladılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova məlumat verib.

Müstəntiqlərin fikrincə, 2020-ci ilin oktyabrından 2022-ci ilin mayına qədər Mitroşina fərdi sahibkar kimi sadələşdirilmiş vergitutma sisteminin tətbiqi üçün icazə verilən limiti keçən təhsil kurslarından gəlir əldə edib.

Mitroşinanın və cinayətdə əli ola biləcək digər şəxslərin qeydiyyatda olduqları yerdə axtarışlar aparıblar. Mitroşinin iqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərdə iştirakı yoxlanılır.

Qeyd edək ki, Mitroşinanın “Instagram”da 4,2 milyondan çox izləyicisi var.