Tanınmış meyxanaçı Mahir Cürət ağır durumda
Tanınmış meyxanaçı Mahir Cürətin vəziyyəti yaxşı deyil.
Adalet.az xəbər verir ki, bu barədə o, olay-a açıqlamasında məlumat verib. Söz ustadı ayaqlarındakı problemin sağalmadığını söyləyib:
"Əsas ayaqlarımda problem var. Ağrıyır, sağalmır. Yaxşı deyiləm. Gücüm çatan qədər müalicə edirəm. Bir az yaxşılaşır, sonra yenə pis olur. Hələ ki belədir. Bilmirəm necə olacaq, nə çıxacaq, yoxlatdırmamışam".
M. Cürət bildirib ki, sənət dostları onunla maraqlanmır:
"Allah köməkləri olsun. Kiminsə adını çəkməyim düzgün deyil. Heç Allahın salamını vermədilər ki, necəsən, ölmüsən, ya qalmısan? O ki qaldı nəsə kömək edələr. Heç nə lazım deyil. Mənim arxamda 10 milyon xalq var. Onlar guya soruşmasalar nə olacaq? Nail Kəmərli çəkib yayımlanmışdı, ondan sonra kömək edənlər oldu.
Amma müalicəm, bir də kitabın çapı yarımçıq qalıb. Fədayə Laçın isə yəqin haradasa görüb, paylaşıb, sağ olsun. Çox da paylaşılmasını istəmirəm, sonra deyərlər ki, Mahir dilənçilik edir. Mən o adam deyiləm. O vaxt Elgiz çağırdı ki, gəl verilişdə müraciət et, 30 min pul yığaq. Dedim, ay Elgiz, mən elə adam deyiləm. Burda elə də böyük iş yoxdur. Bir az kömək lazımdır".
Digər Xəbərlər
01 Noyabr 2025 18:00
Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub
01 Noyabr 2025 17:38
Sahibə Qafarova Misirə səfərə getdi
01 Noyabr 2025 11:53
İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
01 Noyabr 2025 09:26


Bakı -°C

