“Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”
Son illərdə Azərbaycanda müşahidə olunan ictimai-siyasi proseslər bir daha göstərdi ki, ölkəmizin güclənməsi, dövlət institutlarının möhkəmlənməsi və milli təhlükəsizlik sisteminin təkmilləşməsi bəzi dairələri ciddi şəkildə narahat edir. Bu dairələrin başında isə “5-ci kalon” adlandırılan, xaricdən yönləndirilən və milli maraqlara zidd fəaliyyət göstərən çevrələr dayanır. Onların əsas hədəfi təkcə dövlətin siyasi kursu deyil, həm də bu kursun qoruyucusu olan hüquq-mühafizə orqanları, xüsusilə də polis sistemidir.
Azərbaycan polisi müstəqillik dövrü ərzində dövlətçiliyin əsas dayaqlarından biri kimi formalaşmış, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynamışdır. Ölkənin sosial-siyasi həyatında baş verən hər bir mühüm hadisədə — istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə — polis əməkdaşlarının fədakarlığı, vətənpərvərliyi və qətiyyəti hər kəsin gözü önündə olmuşdur. Polisin dövlətə və xalqa sədaqətlə xidməti, qanunçuluğa sadiqliyi və prinsipiallığı “5-ci kalon”un və radikal müxalifətin planlarını pozduğu üçün onlar sistemli şəkildə hüquq-mühafizə orqanlarını hədəfə almağa başladılar.
Son beş ildə bu fəaliyyət daha açıq və koordinasiyalı xarakter alıb. Hüquq-mühafizə orqanlarında başlanmış istintaq prosesi “5-ci kalon”u ciddi şəkildə narahat edib. Çünki bu proses onların ifşa olunması, dövlət içərisindəki gizli təsir imkanlarının aradan qaldırılması deməkdir. Buna görə də hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparmaq üçün əlaltısı olan radikal müxalifət təmsilçilərinə və “söyüş müxalifətinə” xüsusi tapşırıqlar verilib.
Nəticədə, onlara aid sosial şəbəkə hesablarında Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları haqqında ardıcıl şəkildə təxribat xarakterli paylaşımlar edilir, ictimai rəyi manipulyasiya etməyə və cəmiyyətdə inamsızlıq yaratmağa yönəlmiş informasiya hücumları təşkil olunur. Bu kampaniyalar, əksər hallarda, xaricdə yaşayan, özlərini “siyasi mühacir” kimi qələmə verən, əslində isə söyüş və təhqir dili ilə milli dəyərlərə, dövlət institutlarına hücum edən şəxslər vasitəsilə aparılır. Məqsəd aydındır — dövlətin dayaqlarını zəiflətmək, cəmiyyətdə parçalanma və qarşıdurma yaratmaq, xalqla dövlət arasında etimadı sarsıtmaq.
Lakin “5-ci kalon”un bu cəhdləri Azərbaycan cəmiyyətinin milli birliyi, dövlətə və Prezidentə olan sarsılmaz inamı qarşısında nəticəsiz qalır. Xalq yaxşı anlayır ki, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin başlıca vəzifəsi xalqın təhlükəsizliyini, ictimai asayişi və dövlətin sabitliyini qorumaqdır. Onların hər bir addımı qanun çərçivəsində, dövlətin və millətin maraqları naminə atılır.
Azərbaycan polisi bu gün yalnız cinayətkarlığa qarşı mübarizə aparan struktur deyil, həm də milli təhlükəsizliyin, ictimai əmin-amanlığın və dövlət maraqlarının keşikçisidir. Polisin nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, xüsusilə də son illərdə ölkədə sabitliyin qorunmasında oynadığı mühüm rol dövlətimizin əsas dayaqlarından birinə çevrilib. Bu, təbii ki, xaricdən idarə olunan dağıdıcı qüvvələri, radikal və “söyüş müxalifətini” qıcıqlandırır. Onlar informasiya müharibəsi vasitəsilə Azərbaycan dövlətinin sütunlarını sarsıtmağa çalışsalar da, xalqın və dövlətin birliyi qarşısında bu cəhdlər hər dəfə puç olur.
Reallıq ondan ibarətdir ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə sisteminin də şəffaflığını, peşəkarlığını və effektivliyini artırmaq istiqamətində ardıcıl addımlar atır. Bu proses bəzi dairələrin iddia etdiyi kimi sistemin zəifliyi deyil, əksinə, onun güclənməsi, təmizlənməsi və yenilənməsi deməkdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət bir daha sübut edir ki, Azərbaycanın gələcəyi sabitlik, təhlükəsizlik və qanunun aliliyi üzərində qurulub.
“5-ci kalon”un və onun sifarişli ruporlarının bütün təxribatlarına baxmayaraq, Azərbaycan polisi xalqın etimadını, dövlətin dəstəyini və Prezidentin etibarını qazanmış bir güc strukturudur. Onların fəaliyyəti sözlə deyil, əməli ilə sübut olunur – istər sərhəddə, istər şəhər küçələrində, istərsə də fövqəladə vəziyyətlərdə polis Azərbaycan dövlətçiliyinin ön xəttində dayanır. Bu gün Azərbaycan cəmiyyəti daha aydın şəkildə dərk edir ki, ölkəmizin sabitliyi, təhlükəsizliyi və inkişafı hüquq-mühafizə orqanlarının güclü, çevik və qətiyyətli fəaliyyətindən asılıdır. Polisin və digər təhlükəsizlik qurumlarının nüfuzuna qarşı aparılan qarayaxma kampaniyaları yalnız dövlətin düşmənlərinə xidmət edir. Hər bir vətəndaş milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmlənməsində hüquq-mühafizə sisteminin yanında dayanmalı, təxribatlara qarşı ayıq-sayıq olmalıdır.
Beləliklə, “5-ci kalon”un məqsədi dövlətin sütunlarını sarsıtmaq, xalqla hakimiyyət arasında etimad körpüsünü dağıtmaqdır. Lakin Azərbaycan dövləti bu oyunlara heç vaxt getməyəcək. Çünki bu xalqın dayağı möhkəmdir — onun polisi, ordusu, hüquq-mühafizə orqanları Prezidentinin ətrafında sıx birləşib. Dövlətçiliyimizi qoruyan bu birlik qarşısında heç bir xarici təsir və daxili təxribat mane ola bilməz.
Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkikatının sədri
Digər Xəbərlər
02 Noyabr 2025 17:02
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
02 Noyabr 2025 16:52
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
02 Noyabr 2025 15:46
Abonentlər niyə pul ödəmək istəmir?!
01 Noyabr 2025 17:21
Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32
Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
01 Noyabr 2025 10:46
Bu, qəza riskinin artmasına səbəb olur - BDYPİ-dən çağırış
31 Oktyabr 2025 15:22


Bakı -°C

