27 Avqust 2025 10:57
80
İQTİSADİYYAT

Bir qatar gedirdi...

Sovet dönəmində bizim kəddən üc sərnişin qatarı keçirdi. Onun biri İrəvana, biri Naxçıvana, biri də Qafana gedirdi. Və hər üc qatardan biz istifadə edirdik. Ən çox Bakı- İrəvan qatarında  sıxlıq olardı.

Biz tələbələr də o sərnişin qatarına bilet alar, axşam minər , səhər saatlarında Bəhmənliyə çatardıq. Yəni axşam yatıb, səhər oyanırdıq ki, artıq kəndimizdəyik. Özü də tələb olduğumuza görə, bilet 50 faiz güzəştlə satılırdı. Belə ki, kupeyə10 manata olan bileti 5 manata alırdıq.

O biri iki sərnişin qatarına nadir  hallarda minirdik, çünki bizə sərf eləmirdi, amma o qatarlarda  sıxlıq yox idi. Birinci Qarabağ savaşında erməni faşistləri Horadiz stansiyasından Ağbəndə qədər bütün dəmiryol relslərini sökmüşdülər. İkinci Qarabağ savaşı möhtəşəm qələbəmizlə başa çatandan sonra həmin dəmiryolu yenidən əsaslı surətdə çəkilməyə başlayıb.

Allah qoysa , həmin yol tezliklə istifadəyə veriləcək. Və biz yenidən həmin qatarlarla İrəvana, Naxçıvana, Qafana gedəcəyik. O gün uzaqda deyil!

Emil Faiqoğlu