"Azərbaycan və Ermənistan arasında illik ticarət dövriyyəsi..."
"Prezident İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub. Dövlət başçısı indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını və 12 min ton neft məhsullarının ixrac olunduğunu bildirib. Bu ticarət münasibətlərinin başlanması deməkdir".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq:
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq. İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə qeyri neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var.
Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra Azərbaycan və Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 May 2026 09:32
“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07
"Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır"
26 May 2026 12:02
Azərbaycanda qadınların daha tez pensiyaya çıxması təklif olunur
25 May 2026 22:00


Bakı -°C

